Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb

08:47 16-10-2019 | icon 780 | İdman
Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb

Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışa yekun vurulub.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, təmsilçimiz İbrahim Yusubov (80 kq) A qrupunda rumıniyalı Vasile Madalin Minzala (3:1), ispan David Kintana (3:0) və çilili Antonio Kastroya (3:0) qalib gəlib, gürcü Davit Xutsişviliylə görüşdə isə hesab açılmayıb. Gürcüstan təmsilçisinin çəkisi daha az olduğundan qələbə rəqibə verilib. Bununla belə, yarımfinala vəsiqə qazanan Yusubov ukraynalı Vasili Mixaylovu 3:1 hesabıyla üstələyərək finala yüksəlib. Həlledici görüşdə yenidən Davitlə üz-üzə gələn İbrahim bu dəfə də məğlub olaraq gümüş medalı boynundan asıb.

 

Oyan Nəzəriani (+90 kq) B qrupunda ispan Xose Kuba Vaskes (3:0) və rumıniyalı Daniel Kintoana (3:0) qalib gəlib, gürcü Mamuka Kordzayaya (1:4) uduzub. Güləşçimiz yarımfinalda iranlı Puya Rəhmani (0:3) ilə bacarmayıb. Oyan 3-cü yer uğrunda görüşdə yenidən Mamukayla qarşılaşıb. Bu dəfə qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sonuncu xalı rəqib qazandığından Nəzəriani 4-cü yerlə kifayətlənib.

 

Xatırladaq ki, bir gün öncə Pənah İlyaslı (70 kq) Dünya Çimərlik Oyunlarının gümüş medalını qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI