Mətbuat Şurasında «qaynar xətt» fəaliyyət göstərəcək

16:49 10-04-2018 | icon 605 | Gündəm
Mətbuat Şurasında «qaynar xətt» fəaliyyət göstərəcək

Azərbaycan Mətbuat Şurası aprelin 11-də keçiriləcək Prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq.

 

Mətbuat Şurasından Versus.az-a verilən məlumata görə, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olacaqlar. Bu işə Mətbuat Şurasına üzv mərkəzi və regional kütləvi informasiya vasitələrinin əməkdaşları da cəlb olunub. Monitorinqin 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub. Şuranı İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyəcəklər.

 

Bundan başqa Mətbuat Şurasının (012) 441 35 30 telefon, həmçinin (055) 201 99 26 və (050) 242 09 91 mobil nömrələri aprelin 11-də “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə məlumat verə biləcəklər.

Mətbuat Şurası seçki günü Mərkəzi Seçki Komissiyası və digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Şura jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol