ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

11:01 16-10-2019 | icon 421 | Təhsil
ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunan tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın müdrik Fey Çanfanla bağlı mənşəyinin əfsanəsi haqqında danışıb, fəlsəfi məzmunu haqqında ətraflı məlumat verib.

 

Konfutsi İnstitutunun əməkdaşları və ADU-nun tələbələri bildiriblər ki, bayramda əcdadların xatirəsi ehtiramla yad edilir və bayramın simvolu olan beşqatlı tort – “chunyang gao”nun hazırlanır.

 

Tədbirdə XX əsr dövlət, siyasi və partiya xadimi, müasir ÇXR-in qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin bayrama həsr etdiyi və Van Veyin bayramın simvollarından biri olan xrizantemlərə həsr olunmuş şeirləri səsləndirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI