“Nəsimi ili” çərçivəsində epiqrafik tədqiqatlar aparılır

12:26 16-10-2019 | icon 356 | Mədəniyyət
“Nəsimi ili” çərçivəsində epiqrafik tədqiqatlar aparılır

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları “Nəsimi ili” çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı “Şahxəndan" qəbiristanlığında epiqrafik tədqiqatlara başlayıb.

 

İnstitutdan Versus.Az-a verilən məlumata görə, “Numizmatika və Epiqrafika” şöbəsinin müdiri, arxeoloq Akif Quliyev və aparıcı elmi işçi Anar Ağalarzadənin birlikdə apardıqları araşdırmalarla epiqrafik məzar daşlarının estampı (qabarıq yazı və təsvirlərin kağız üzərində əksi) çıxarılıb və epitafiyalardakı (qəbirüstü yazı) mətnlərin dəqiqləşdirilmələri aparılıb.

 

Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki qəbirlər uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılıb. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa etdirilib. Türbənin giriş hissəsindəki çatmatağlı qapı yerinin yuxarısında kitabənin yalnız boş yeri qalıb:

 

"Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülüb. Türbənin daxilindəki sinə daşı sənduqələri 1,70x0,35x0,50 m, baş daşları isə 1,78x0,43x0,18 m ölçüsündə olub, üzərilərinə ərəb dilinin süls elementli nəsx xəttilə kitabələr həkk edilib. Sənduqələrdən birində müqəddəs Quranın “Bəqərə” surəsinin 255-256-cı ayələri olan “Ayətül-kürsi” həkk olunub. Digər sənduqədə isə yalnız nəbati ornamentlərdən ibarət naxış elementi çəkilib. Məzar daşları üzərində aparılacaq epiqrafik araşdırmalar tam başa çatdıqdan sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq".

 

Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin bildirdiyinə görə, qəbiristanlıqda dəfn olunan Şahi Xəndan (vəfatı:1426) (o, “Julidəmuy” - farsca “dağınıqsaçlı” ləqəbi ilə məşhur idi) qardaşı Seyid İmadəddin Nəsimi (1360-1417) ilə birlikdə Şamaxıda “Məclis-əş-Şüəra” adlanan poeziya və musiqi həvəskarları məclisini qurub. Sufizmin bir qolu olan hürufilik ideyalarını yaymaq məqsədilə Nəsimi Şamaxını tərk etdikdən sonra bu sənət məclislərini qardaşı Şahi Xəndan idarə edib:

 

"Tədqiqatçılara görə, türbədəki ikinci məzar daşının arxa hissəsindəki təsvirlər də məhz bilavasitə sufizm təriqəti ilə bağlı müəyyən fikirləri əks etdirir. Şahi Xəndan Nəsiminin “kəşfi-əsrar” etdiyindən xəbərdar olduqda, qardaşını ehtiyyatlı olmağını bildirərək bu beyti göndərib:

Gəl, bu sirri kimsəyə faş eyləmə,

 

Xani-xası amməyə aş eyləmə,

Həmçinin, görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) məzarı da "Şahxəndan" qəbiristanlığında yerləşir. Şair məhz burada basdırılmasını vəsiyyət edibmiş:

Mən öləndə Şahxəndanda basdırın,

Çünki onun Şahidi-Xəndanı var".

Hazırda çıxarılmış estamplar üzərində epiqrafistlər tərəfindən tədqiqat işləri davam edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol