Dovşan doğan qadının ilginc sirri

13:59 16-10-2019 | icon 510 | Maraqlı
Dovşan doğan qadının ilginc sirri

Meri Toft  XVIII əsr dünya tarixində əcaib bir iz qoyub. O, dünyada ilk və sonuncu dovşan doğan qadındır.

 
İngiltərənin Surrey qraflığında kasıb kəndli qadın olan 25 yaşlı Meri üçüncü dəfə hamilə ikən qəribə davranışlar sərgiləyir.  Əvvəlcə o, qardaşı arvadı və ərindən yeməyə dovşan əti istəyir, sonra çölə qaçıb dovşan axtarır, daha sonra isə bütün hamiləliyi boyu yuxuda hər gecə dovşan gördüyünü deyir. Bir gün tarlada işləyən qadının açılışı olur və qadınlar onu qan içində, yerdə isə kiçik dovşana bənzər hissələr düşnüş şəkildə tapır. Qadın uşaq yox, dovşan doğmuşdu. 
 
 
Növbəti belə dovşan doğuşunu 1726-cı ildə qəkim Con Hovardın iştirakı ilə edir.O, bu dəfə də dovşan cəsədinin parçalarını "doğur”. Səhəri Masts gündəliyində "bədbəxt qadın uşaq əvəzinə dovşan doğdu” adlı məqalə bütün İngiltərəni şoka salır. Şayiələr daha da zənginləşdirilərək ölkə boyu yayıldı. Hansı ki, həkim hələ bunun necə baş verdiyini araşdırıb bitirməmişdi.
 
 
Bütün qonşu əyalətlərdə insanlar danışırdı ki, Meri hər gün bir dovşan doğur və 4 saat sonra bala ölür. Bu doğuşdan çox açılışa bənzəyirdi. 
 
 
Təbii ki, bu xəbərlər Londona, məşhur həkim və xəstəxanalara da çatırdı. Cərrah Nataniel Andre bu qeyri-adi qadını müayinə etmək üçün pzü ilə prins Uelskinin katibini də götürüb Merinin kəndinə gedir. Elə onların gəlişindən sonra xəbər gəlir ki, Meri yenə doğur.
 

 
15 dovşan doğuşu
 
Hər iki həkim  prosesi izləyir və bu dəfə sayca 15-ci olan bir dovşan balası hissəcikləri doğuş yollarından çıxır.  Həkim müayinədən sonra qərar verir ki, həqiqətən bu şokdur, qadın dovşana hamilə qalır və dovşan doğur. Burda heç bir aldatma yoxdur.
 
 
Növbəti doğuşda İngiltərə kralının şəxsi cərrahı Kiriak, İngiltərənin çox məşhur ginekoloqu  Riçard Maninqem da iştirak edir. Hər üçü  dovşan balası cəsədinin hissələrinin sancı ilə vaginadan xaric etdiyini görür. Hətta onu pişik balasına da bənzədiblər.
 
 
Krala məsələni bəyan edən həkimlər Merini tibdə nadir xəstə kimi qeyd edirlər. Amma Riçard Maninqem doğulan dovşan balasının göbək ciyəsi və plasentanın olmamasından şübhələnib, qadını müşahidə etmək və yalan gerçək olub-olmamasını dəqiqləşdirmək üçün Merini Londonda mehmanxanaya yerləşdirir. 
 
 
5 gün ərzində Meri bir dəfə də olsun dovşan "doğmur”. Onu həm həkimlər, həm personal güdürdü. Bir gecə xidmətçi Merinin kəndindən olan  bir kişinin torbada 2 ədəd bala dovşan gətirib, qadının otağına gizlicə keçirmək istədiyini görür. Beləliklə, dovşan doğan qadının sirri faş olur.
 
 
Sən demə, Meri dovşanları ya bölərək, ya da boğub uşaqlığına yeridib, sonradan yalançı sancı çəkirmiş kimi onları uşaqlıq yolundan çıxarırdı.  Qadının ilk dəfə niyə belə etməsinin dəqiq səbəbi bilinmir. Amma sonradan dovşan doğmağa davam etməsinin səbəbi kimi o məşhurlaşmaq, pul qazanmaq və qayğısız yaşamaq arzusunu göstərib. Belə ki, proses Merinin özünün də xoşuna gəlib və o bu işə aludə olub. Qadına bu işdə əri də kömək edib. 
 
 
Bu hadisədən sonra jurnalistlər Kral həkimlərini savadsızlıqlarına görə ələ salıb, təhqiredici məqalələr yazdılar. 
Həkimlər ictimaiyyətdən üzr istəyib, səhvlərini etiraf etdilər. 
 
 
Amma hələ də Merinin həqiqətən dovşan doğduğuna inanan əyalət əhalisi və dindarlar var idi. O dövrdə hesab edirdilər ki, hamilə qadın keçirdiyi hisslər, qorxu, dəhşətli yuxular səbəbindən insan yox, qəribə məxluq və heyvan doğa bilər. 
 
 
Meri Toftun məhkəmə prosesi də böyük hay-küy yaratmışdı. Kral adlı-sanlı həkimlərinin savadsızlığından və belə cəhalətə inanmasından qəzəblənmişdi. 
 
 
Merini dələduzluğunu etiraf etdikdən sonra həbs etdilər və 1 il sonra sakitcə buraxdılar. Onun dilindən iltizam aldılar ki, bir də belə hoqqa çıxarmayacaq, əks təqdirdə ailəsi ilə birgə sürgün olunacaq. Məhkəmə və kral bacardıqca bu məsələləri ört basdır etdilər ki, mətbuat və jurnalistlər sussun və biabırçılıq unudulsun.
 
 
Merinin həqiqətən dovşan doğduğuna inanan həkimlər isə peşələrindən məhrum edildilər və heç kim onlara müraciət etmədi. 
 
Meri  bu hadisədən sonra 1 qız uşağı da dünyaya gətirib və 62 yaşında ölüb. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı