Tofiq Musayev çempionluğunu Yeni ildə qeyd edə bilər

17:35 16-10-2019 | icon 303 | İdman
Tofiq Musayev çempionluğunu Yeni ildə qeyd edə bilər

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin növbəti görüşünün vaxtı müəyyənləşib.

 

Versus.Az xəbər verir ki, dörd gün əvvəl Yaponiyanın Osaka şəhərində əvvəl UFC-də çıxış etmiş avstraliyalı Damyen Braunu məğlub etməklə yüngül çəkidə Rizin Döyüş Federasiyasının keçirdiyi Qran-Prinin yarımfinalına çıxan Musayev dekabrın 29-da döyüşə çıxacaq.

 

O, Yaponiyanın Saitama şəhərində UFC-də altı görüş keçirmiş amerikalı Coni Keyslə qarşılaşacaq. 30 yaşlı “Hollivud” ləqəbli Keysin 27 qələbəsi, altı məğlubiyyəti və bir bərabərliyi var. Tofiq Musayevdə isə 16 qələbə və üç məğlubiyyət var.

 

Yarımfinalın digər görüşündə braziliyalılar qarşılaşacaq. Belə ki, “Bellator” döyüşçüsü Patriki Freyre ilə Luiz Qustavo görüşəcək. Hər iki yarımfinalın qalibləri dekabrın 31-də turnirin qalibini müəyyənləşdirəcək. Final da “Saitama Super Arena”da keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin