Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq

19:10 16-10-2019 | icon 404 | Cəmiyyət
Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaratmağı nəzərdə tutur.

 

Versus.Az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən akademiyanın vitse-prezidenti, akademik Rasim Əliquliyev qeyd edib ki, artıq sistemin yaradılmasına başlanılıb. AMEA-nın elmi müəssisələrində çalışan bütün işçilər bu sistemdə qeydiyyatdan keçəcəklər.

 

Sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq.

Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev qeyd edib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyatı qurumlar faydalana biləcək.

 

R.Əliquliyev əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək.

İclasda sistemin yaradılması qərarına gəlinib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol