Deputatlarımız BMT qətnamələrinin icrası ilə bağlı dünya parlamentarilərinə müraciət edib

19:25 16-10-2019 | icon 269 | Siyasət
Deputatlarımız BMT qətnamələrinin icrası ilə bağlı dünya parlamentarilərinə müraciət edib

Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib.

 

Milli Məclisdən Versus.Az-a verilən məlumata görə, xəbər verildiyi kimi Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası öz işini davam etdirir.

 

Assambleyanın “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaslığın töhfəsi” mövzusunda keçirilən Ümumi Debatlarda çıxış edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov bu mövzunun dünya birliyi üçün olduqca aktual və əhəmiyyətli olduğunu qeyd edib. O, istənilən qlobal və regional miqyaslı məsələnin həllində beynəlxalq hüququn dövlətlər, hökumətlərarası və parlamentlərarası təşkilatlar üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.

 

Bununla yanaşı firavan dünyanın qurulmasının və inkişafının təməlində beynəlxalq hüququn əsaslandığı dövlətlərin suveren bərabərliyi, dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, insan hüquq və əsas azadlıqlarının qorunması və sair kimi universal prinsiplərin durduğu qeyd edilib.

 

Hazırda beynəlxalq hüququn böhran içində olduğunu təəssüf hissi ilə qeyd edən deputatımız bəzi dövlətlərin əməllərinin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn universal prinsiplərinə zidd olduğunu, həmin təşkilatın Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin illər ərzində yerinə yetirilmədiyini bildirib.

 

Çıxışın sonunda Milli Məclisin deputatı Kamran Bayramov Azərbaycanın nümayəndə heyəti adından Parlamentlərarası İttifaqa və orada dünya dövlətlərini təmsil edən bütün parlamentarilərə müraciət edərək Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı gücləndirməyə, təşkilatın qərar və qətnamələrinin icrası mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verməyə çağırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi