Muzeydə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

23:09 16-10-2019 | icon 493 | Mədəniyyət
Muzeydə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı ilə birgə muzeydə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Səbail Rayon İcra Hakimiyyətinin məsul işçiləri – Qabil Vahidov, Kəmalə Həşimova, muzey əməkdaşları, gənc alimlər, KİV və ictimaiyyət nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, müxtəlif təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş film nümayiş etdirildi. Daha sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə tədbiri açdı. İştirakçıları salamlayıb, 18 oktyabr - Dövlət Müstəqillik Gününün tariximizin ən şərəfli səhifələrindən biri olduğunu söylədi. Müstəqilliyin əldə edilməsinin böyük tarixi qələbə olduğunu və bunun asan qazanılmadığını qeyd etdi. Müasir Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu, 1993-cü ildən sonra Ümummilli lider Heydər Əliyevin sayəsində ikinci müstəqilliyimizi qazandığımızı bildirdi. Bu müstəqilliyin cənab Prezident İlham Əliyev tərəfindən qorunduğunu, bunun əbədi olacağını göstərdi. Muzeyimizin inkişafında və tərəqqisində cənab Prezidentin qayğısından danışdı.

 

Sonra YAP Səbail rayon təşkilatının sədri, deputat və professor Şəmsəddin Hacıyev çıxış edib, sovet hakimiyyətinin ağır illərində məhz Ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın iqtisadi, mədəni, siyasi baxımından inkişaf etdiyini qeyd etdi. 1993-cü ilin vətəndaş müharibəsi zamanı Azərbaycanı böhrandan azad etdiyini və müstəqilliyin bərpasında onun misilsiz rolundan danışdı. O, bu siyasətin günümüzdə dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

 

Sonra Səbail Rayon İcra Hakimiyyətinin məsul işçisi Kəmalə Həşimova çıxış edib, Azərbaycanın iqtisadi-siyasi, elmi-mədəni inkişafı yolunda Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərindən danışdı. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Müasir Azərbaycanın multikulturalizm modeli” mövzusunda çıxış edib, Heydər Əliyevin Azərbaycanda etnik parçalanmanın qarşısını aldığını, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən multikulturalizmin dövlət siyasətinə çevrildiyini bildirdi.

 

Muzeyin aparıcı elmi işçisi, dosent Bəhman Kərimov da “Müstəqillik illərində Azərbaycanda mədəni quruculuq” mövzusunda məruzə ilə çıxış edib, Heydər Əliyevin həm sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə mədəni quruculuq fəaliyyətindən, elm və təhsilin inkişafında xidmətlərindən danışdı. Muzeydə dövlətin qayğısı nəticəsində bərpa işlərinin aparıldığını, muzeyin 100 illiyinə hazırlıq işlərinin görüldüyünü, həmçinin Azərbaycan tarixinin müxtəlif dövrlərini geniş işıqlandıran tədbirlərin mütəmadi keçirildiyini qeyd etdi.

 

Sonda bədii hissə nümayiş etdirildi.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür