Biri 5 manata satılan yaşıl yumurta Azərbaycanda

00:13 17-10-2019 | icon 795 | Maraqlı
Biri 5 manata satılan yaşıl yumurta Azərbaycanda

Dünyada son dövrlər məşhurlaşmağa başlayan yaşıl yumurtaya tələbat və maraq çox olduğundan artıq Azərbaycana da Türkiyədən bu yumurtalar gətirildi.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, sözügedən yumurtanın daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Ona görə onu ağ yumurta kimi ucuz əldə edə bilməyəcklər. 
 
 
Lakin mütəxəssislər Şimali Amerika toyuqlarının yumurtladığı bu yumurtanın adi ağ yumurtadan heç nə ilə fərqlənmədiyini bildirir. 
 
 
"Yaşıl və mavi yumurta Şimali Amerika kökənli Amerikauna toyuq növünün məhsuludur. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Əslində digərləri ilə eyni qiymətə satılmalıdır. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Bu yumurtada yaşıl qabıqdan başqa bir özəllik yoxdur”.
 
 
 
Qeyd edək ki, Türkiyədə İsmet Koç adlı təqaüdçü ailəsi ilə birgə bu toyuqlardan ferma açıb və yumurtasını ixrac edir. 
 
 
O deyir ki, onun bu yumurtaları bir çox xəstəliklərin dərmanıdır, o xolesterin yaratmır. Koç hətta prezindentə belə yaşıl yumurta göndərdiyini iddia edir. 
 
 
Hazırda elan saytlarında 3-5 manata satılan yaşıl yumurtanın təkcə Türkiyədən gətirilmədiyi də məlum olub. Artıq bizdə də fermerlərdən ikisi bu toyuqlardan əldə edib, fermada yetişdirir. Azərbaycanda əldə olunan yaşıl yumurtanın ədədini 2 manata satırlar.
 
 
Bu yumurtanı sadəcə marağa və dadına baxmaq üçün alıb yemək olar. Amma təbii ki, bir yumurtaya 3-5 manat ödəmək ağlasığan deyil. Toyuq elə toyuqdur, yumurta da yumurta.
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı