Müşfiq Ələsgərli Prezidentin yeniləşməyə qarşı çıxanlara sərt mesajından yazdı

14:53 17-10-2019 | icon 387 | Siyasət
Müşfiq Ələsgərli Prezidentin yeniləşməyə qarşı çıxanlara sərt mesajından yazdı

...İslahatlar davamlı və qətiyyətli olacaq, əksinə çıxanlar cəzasını alcaq

 

2018-ci ildən etibarən aparılan sistemli islahatlar artıq öz bəhrəsini verməkdədir. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə Prezident İlham Əliyev son 9 ay ərzində əldə edilən nəticələri açıqlayıb və bu nailiyyətləri həyata keçirilmiş islahatlarla əlaqələndirib.

 

Prezidentin nitqindən nəticə çıxıb ki, islahatlar nəticəsində ilk öncə ölkə iqtisadiyyatı inkişaf edib, dövlətin gəlirləri artıb:

 

- Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayemiz 15 faizə qədər artıb.

- Kənd təsərrüfatı sahəsində doqquz ay ərzində 7 faizdən çox artım qeydə alınıb. 

- Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər.

- Xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında doqquzuncu yerdədir.

- İnflyasiya aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur.

 

Prezident daha sonra əldə edilən gəlirlərin əhalinin rifah halında, həyat səviyyəsində təsirindən danışıb: 

 

- 2019-cu ildə reallaşdırılan sosial paketlər 4 milyon 200 mindən çox insanın maddi vəziyyətini yaxşılaşdırıb. Pensiyalar, əməkhaqları, müavinətlər artırılıb, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan MDB məkanında birinci yerdədir.

- Ünvanlı sosial yardım alanların sayı artıb. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır.

 

Prezident vurğulayıb ki, gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün ölkənin potensialı və bu potensialdan səmərəli istifadə üçün siyasi iradə var. Amma inkişafın davamlı xarakter alması üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir:

 

“Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir... İndi əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir.

Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. “Doing Business” hesabatında Azərbaycan biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır”.

 

Prezident qeyd edib ki, aparılan islahatlara qarşı çıxanlar, Azərbaycanın inkişafını durdurmğa çalışanlar da az deyil. Onların sırasında iqtidardan olan bəziləri də var:

 

“Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür