"Ermənistan onları əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur"

18:18 17-10-2019 | icon 438 | Qarabağ
"Ermənistan onları əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur"

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin iştirak etdiyi Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasının növbəti günündə İttifaqın Beynəlxalq Humanitar Hüququn Təşviqi üzrə Komitəsinin Cenevrə Konvensiyalarına həsr olunmuş açıq sessiyası keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizin beynəlxalq humanitar hüquqa hörmətlə yanaşdığını, müvafiq Cenevrə Konvensiyalarına tərəfdar çıxdığını və müddəalarına ciddi şəkildə əməl etdiyini bildirib, beynəlxalq humanitar hüququn təşviq edilməsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərini və xidmətlərini xüsusilə qeyd edib.

 

Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışaraq işğal siyasətini həyata keçirən Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərinə məhəl qoymadığını, Şahbaz Quliyevi və Dilqəm Əsgərovu beş ildən artıq əsirlikdə saxlamaqla və onlara işgəncələr verməklə beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb, tədbirdə iştirak edən Ermənistan nümayəndələrini qeyd edilən mülki şəxsləri əsirlikdən tezliklə azad etməyə çağırıb.

 

Assambleya çərçivəsində deputatımız, həmçinin Birləşmiş Millətlər Təşkilatının məsələləri üzrə Daimi Komitəsində “Beynəlxalq hüquqa BMT-nin Nizamnaməsi və qətnamələri əsasında əməl olunması” mövzusunda keçirilən panel müzakirələrində iştirak edib. Müzakirələrdə K.Bayramov BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin bəzən bir neçə gün ərzində yerinə yetirildiyini, bəzən isə, məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin illərlə icra olunmadığını qeyd edib, bu təcrübənin beynəlxalq hüquq üçün xoşagəlməz presedent yaratdığını və gələcəkdə onun universal prinsiplərinin və beynəlxalq müqavilələrin müddəalarının pozulmasına yol açdığını bildirib.

 

Eyni zamanda, K.Bayramov, BMT-nin Təhlükəsizlik Şurasının sülhməramlı missiyalar yaratmaq, müvafiq sanksiyalar tətbiq etmək, gücün tətbiq edilməsinə icazə vermək hüququna malik olduğuna baxmayaraq onun dörd qətnaməsini 25 ildən artıq müddət ərzində yerinə yetirməyən Ermənistanın hələ də cəzasız qaldığını təəssüflə qeyd edib.

Çıxışın sonunda deputatımız panel müzakirələrinin iştirakçılarına müraciət edərək təmsil etdikləri dövlətləri hüquq aliliyinə sadiq qalmağa, qoşulduqları beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini vicdanla yerinə yetirməyə çağırıb, BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmamasına görə dövlətlərin məsuliyyətinin gücləndirilməsini təklif edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi