"Yeni zavod sadəcə SOCAR və BP üçün deyil, Türkiyə üçün də çox önəmlidir"

08:16 18-10-2019 | icon 806 | İqtisadiyyat
"Yeni zavod sadəcə SOCAR və BP üçün deyil, Türkiyə üçün də çox önəmlidir"

BP və "SOCAR Türkiyə"nin İzmirin Əliağa bölgəsində inşa edəcəyi yeni neft-kimya zavodunun hazırda ilkin mühəndislik və layihələndirmə işləri həyata keçirilir.

 

Versus.Az xəbər verir ki, bunu müsahibəsində "SOCAR Türkiyə"nin xarici əlaqələr üzrə direktoru Murat Lekompte deyib.

 

M.Lekompte xatırladıb ki, ötən ilin sonunda SOCAR ilə BP arasında yeni neft-kimya zavodunun tikilməsi ilə bağlı razılaşma imzalandı:

"Razılaşmaya əsasən iki şirkətin hər biri 50% pay almaqla bu layihəni həyata keçirmək qərarına gəldilər. O zamandan ilkin mühəndislik və layihələndirmə işlərinə başlanıldı. Hazırda işlər davam edir və bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Növbəti ildə isə sahə işlərinə başlanılacaq. Bundan sonra bəzi işlərin həyata keçirilməsi nəzərdə tutulur, o cümlədən pay bölgüsü üzrə razılaşma hazırlanacaq.

Daha sonra isə maliyyələşmə məsələsi həllini tapmalıdır. Maliyyənin şirkətlərin özləri tərəfindən və ya kredit yolu ilə təmin edilməsi məsələsi müzakirə ediləcək. 2020-ci ildə yekun investisiya qərarının qəbul ediləcəyi planlaşdırılır. Hələki layihəyə nə qədər investisiya qoyulacağı dəqiq bəlli deyil. Növbəti il yekun investisiya qərarı qəbul ediləndə bu rəqəm dəqiqləşmiş olacaq, ancaq hazırda 1.8 milyard dollar ətrafında müzakirələr aparılır. Ancaq yekun investisiya qərarında bu rəqəm az da ola bilər, çox da ola bilər".

 

M.Lekomptenin sözlərinə görə, əgər yekun investisiya qərarını 2020-ci ildə qəbul etmək mümkün olarsa elə həmin ildə də tikintinin təməli qoyular:

"Tikinti işləri 3 və ya 4 il sürərsə, 2023 və ya 2024-cü ildə zavod istifadəyə verilə bilər. Yəni ümumilikdə işlərin bu şəkildə getməsi planlaşdırılır".

 

M.Lekompte vurğulayıb ki, bu zavodun çox böyük faydası olacaq:

"Bu layihə sadəcə SOCAR və BP üçün deyil, eyni zamanda Türkiyə üçün də çox önəmlidir. Hazırda Türkiyədə neft-kimya məhsullarının 80 faizi xaricdən idxal edilir və hər il buna təqribən 11.5 milyard dollar xərclənir. Yeni zavod işə düşdüyü zaman bu rəqəm ildə 5.5 milyard dollara qədər azala bilər. Dolayısı ilə bu layihənin Türkiyə iqtisadiyyatına çox böyük töhfəsi olacaq".

 

M.Lekompte əlavə edib ki, zavod fəaliyyətə başladıqdan sonra istehsal gücü ildə 1.25 milyon ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilen (PX) və 340 min ton benzol təşkil edəcək:

"Bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq. Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu idxalına tamamilə son qoyulacaq". /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı