Prezidentliyə namizəd Zahid Oruc səs verib

14:43 11-04-2018 | icon 682 | Siyasət
Prezidentliyə namizəd Zahid Oruc səs verib

Prezidentliyə namizəd Zahid Oruc səsvermə hüququndan istifadə edib.

 

Versus.az xəbər verir ki, Zahid Oruc ailə üzvləri ilə birgə 23 Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsinə gələrək səs verib. O, jurnalistlərə açıqlamasında bildirib ki, seçkilərdə heç kimin iradəsinə basqı yoxdur:

 

“Bizim seçki komandamız da seçki məntəqələri üzrə paylaşıb, müşahidələrini qeyd edir. Hesab edirəm ki, 11 aprel 2018-ci il tarixi Azərbaycanın həyatında önəmli gündür. Millətimizin bu gündən gözləntiləri var. Vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti... Mənim anlamımda seçkilərin yekunlarından çıxan nəticə bundan ibarət olmalıdır. Azərbaycan dövləti ötən on illər ərzində böyük yol keçib. Bizim hamımızın imkanımız var ki, bu dövrü düzgün dəyərləndirək".

 

Z.Oruc bildirib ki, seçkidə yekun elə olmalıdır heç kim özünü məğlub, çıxdaş edilmiş saymasın:

 

"Hesab edirəm, bu nöqteyi-nəzərdən yanaşsaq, elə bir şəxsin qalib gəlməsi lazımdır ki, milli birliyi təmin eləsin, dövlətimizin həyatında on illər ərzində davam edən inkişaf özünün axarını tapsın. Siyasi qüvvələr arasında olan düşmənçilik, qarşılıqlı ittihamlar aradan qalxsın, dünyada mürəkkəb situasiyaların Azərbaycana təsiri minimuma ensin, vətəndaşın istər iş, istər gəlirləri baxımından durumu daha da yaxşılaşsın. Əminəm ki, belə də olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ