Gələn il pensiyaların orta aylıq məbləği 16 faiz artacaq

11:33 18-10-2019 | icon 415 | Cəmiyyət
Gələn il pensiyaların orta aylıq məbləği 16 faiz artacaq

Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır.

 

Versus.Az xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədəki çıxışında Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev bildirib.

 

Nazir aparılan optimallaşdırma işlərinin, eyni zamanda əsassız təyin edilən pensiyaların ləğvi nəticəsində cari ilin 9 ayında 99 milyon manata qənaət edildiyini deyib. O bildirib ki, növbəti dövrlər ərzində bu istiqamətdə işlərin davam etdirilməsi nəticəsində həmin məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımına yönəldiləcək.

 

Minimum əmək pensiyasının 200 manata çatdırıldığını vurğulayan S.Babayev qeyd edib ki, bununla da ölkəmiz minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə isə ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”