Dövlət Müstəqilliyi günü ərəfəsində Ukraynanın tanınmış telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

12:53 18-10-2019 | icon 477 | Gündəm
Dövlət Müstəqilliyi günü ərəfəsində Ukraynanın tanınmış telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

18 oktyabr – Dövlət Müstəqilliyi günü ərəfəsində Ukraynanın tanınmış UATV telekanalında Azərbaycanla bağlı veriliş yayımlanıb.

 

Azərbaycanın Ukraynadakı Səfirliyindən Versus.Az-a verilən məlumata görə, verilişdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ölkəmizin əldə etdiyi uğurlar, Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib:

“Azərbaycan Dövlət Müstəqilliyini bərpa etdikdən sonra separatizmə, Ermənistan tərəfindən işğala məruz qalıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsinə dair qətnamələri qəbul olunsa da, təəssüf ki, bu günə qədər dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə göz yumur. Bu gün də Ukrayna bu separatizmlə üz-üzə qalıb”.

 

A.Xudiyev müsahibəsində, ötən 28 ildə Azərbaycanın həyata keçirdiyi qlobal enerji, nəqliyyat layihələri barədə də geniş məlumat verib:

“Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. İri iqtisadi, enerji, nəqliyyat layihələrinin müəllifidir. Bu gün reallaşan “Bir kəmər, bir yol” beynəlxalq layihəsi hələ 1995-ci ildə Ümumilli lider Heydər Əliyev tərəfindən səsləndirilib, sonradan Azərbaycan bu layihənin reallaşdırılmasında aktiv iştirak edir”.

 

Səfirin sözlərinə görə, bu gün beynəlxalq təşkilatlarda Azərbaycan və Ukrayna bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə dair qətnaməsinə səs verib.

 

Verilişdə Azərbaycan və Ukraynanın arasında diplomatik münasibətlərin 100 illik tarixinə, GUAM çərçivəsində əməkdaşlığı barədə də məlumat verilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ