YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

12:55 18-10-2019 | icon 492 | Gündəm
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında 18 oktyabr Dövlət Müstəqillik Gününə həsr olunan gənc memarların yaradıcılıq sərgisi keçirilib.

 

Versus.Az xəbər verir ki, sərgidə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

 

Sərgini giriş sözü ilə açan S.Novruzov Azərbaycanın müstəqilliyindən danışıb. O qeyd edib ki, müstəqil olmaq böyük xöşbəxtlikdir:

“Dünyada 3000-dən artıq xalq var. Ancaq onların yalnız 200-nün müstəqil dövləti var”.

 

S.Novruzov vurğulayıb ki, Azərbaycan müstəqilliyini qazandığı ilk illərdə ölkədə vəziyyət acınacaqlı idi:

“O zamankı hakimiyyətin səriştəsizliyi, vətəndaş qarşıdurması, erməni təcavüzü nəticəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bəlkə də biz bu gün müstəqillik gününü qeyd etməzdik. O, ölkəmizi bu bəlalardan xilas etdi. Bu gün Azərbaycan inkişaf edir, ölkədə uğurlu islahatlar həyata keçirilir, dövlətin maraqları ən yüksək səviyyədə qorunur”.

 

Dövlətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə idarə olunduğunu deyən millət vəkili qeyd edib ki, Azərbaycan regionda aparıcı dövlətlərdən biridir:

"Ölkədə ardıcıl şəkildə yeniliklərin icra olunduğunun şahidi oluruq. Bununla da müstəqil Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olduğunu demək olar. Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır".

 

Qeyd edək ki, sərgidə Bakı Mühəndislik Universitetinin Memarlıq və dizayn kafedrasının I kurs tələbələrinin 40-a yaxın əl işi nümayiş olunub. Universitetin rektoru Havar Məmmədov bu kimi sərgilərin təşkilinin gənclərə böyük stimul olduğunu vurğulayıb:

"Bu gün ölkədə savadlı gənc memarlara ehtiyac var. Bizim universitetdə son illərdə memarlıq sahəsində ciddi addımlar atılıb".

 

Daha sonra qonaqlar sərgiyə baxış keçirilib. Əl işlərinin sahiblərinə YAP tərəfindən sertifikatlar təqdim olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin