Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun?

13:19 19-10-2019 | icon 624 | Sosial
Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun?

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda - 650 min ağac əkiləcək.

 

Ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələrlə çıxış edir.

 

Ağac əkilərkən hansı qaydalara riayət olunmalıdır?

 

Mütəxəssis bildirir ki, ilk növbədə, ağac əkiləcək ərazi müəyyənləşdirilməli, sahə kol-kosdan təmizlənməli və torpaq hazırlığı (şum və çala qazmaq) işləri aparılmalıdır. Ağac tingləri bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tinglərin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalıdır. Çalanın dərinliyi az olarsa, tinglərin kökləri qışda şaxtadan, yayda istidən məhv ola bilər. Əksinə, çox dərin qazılarsa, kökləri zəif inkişaf edər və ağac quruyar. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Əkildikdən sonra küləkdən qorunması üçün ting rezin iplə dirəyə bərkidilməlidir. İpi bağlayarkən ağacın qabığı zədələnməsin deyə sıxlıq nəzərə alınmalıdır. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin