"Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir" /VİDEO/

14:50 19-10-2019 | icon 365 | Siyasət
"Türk Şurasının Bakı sammiti türk birliyi yolunda mühüm mərhələdir" /VİDEO/

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammitinin yekunları Azərbaycanda geniş müzakirə olunur, çünki bu tədbir çərçivəsində region ölkələrinin prezidentləri səviyyəsində siyasi və iqtisadi məsələlərin geniş spektri müzakirə olunub.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu “Baku Network” Ekspert Şurasının rəhbəri, Trend İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov deyib.

 

Onun sözlərinə görə, sammit türk dövlətləri qarşısında dayanan prioritet hədəfləri müəyyən etdi:

“Bu sammitin vacibliyi təkcə türk dünyasının deyil, həm də bütün dünyanın tarixi və siyasətinə aid aktual məsələlərin müzakirəsində idi. Türk dünyasının özünəməxsusluğu ondadır ki, türk ölkələri çoxmillətli, çoxkonfessiyalı və multikulturaldır. Bu, onunla əlaqədardır ki, türk xalqları 16 böyük imperiya yaratmaqla nəhəng tarixi yol keçiblər. Fikrimcə, Bakıda keçirilmiş sammit türk xalqlarının böyük keçmişinin dərk olunmasına təkan verdi. Türk dövlətləri beynəlxalq arenada dərin sivilizasiya izi buraxıb. Bu, beynəlxalq struktur və hərbi-siyasi bloklarda yer alan türk dövlətlərinin əsas və xarakterik cəhətidir. Bunun bariz nümunəsi kimi NATO üzvü olan Türkiyəni göstərmək olar. Digər tərəfdən, türk ölkələri dünya əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasında fəal iştirak edir. Azərbaycan böyük türk dünyasının bir hissəsi kimi İslam birliyinin qorunmasına və möhkəmlənməsinə böyük töhfə verir, regionda sabitliyin və təhlükəsizliyin qorunmasına səy göstərir və öz milli maraqlarına yönəlmiş irimiqyaslı infrastruktur layihələrini reallaşdırır”.

 

E.Ələsgərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən uzaqgörən dövlət siyasəti türk dövlətlərinin maraqlarının dəstəklənməsinə yönəlib, ona görə də Bakıda keçirilmiş sammiti türk birliyi yolunda növbəti uğurlu mərhələ hesab etmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI