“Solistlər ansamblı”nın konserti keçirilib

15:34 19-10-2019 | icon 345 | Mədəniyyət
“Solistlər ansamblı”nın konserti keçirilib

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin “Solistlər ansamblı”nın konserti keçirilib.

 

Versus.Az xəbər verir ki, konsertə dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı Fuad İbrahimov rəhbərlik edirdi. Çox rahat, fərqli və qeyri-adi ab-havada keçən iki hissəli konsert proqramında solistlər Fəridə Məmmədova (soprano), Anar Məmmədov (klarnet), Ucal Məmmədxanın (zərb alətləri) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Müasir musiqidən ibarət repertuar, istedadlı dirijor Fuad İbrahimovun özünəməxsus dəst-xətti, solistlərin peşəkar ifaları konsert boyu zalın hədsiz diqqətinin hakim kəsilməsinə səbəb olub.

 

Konsert proqramının birinci hissəsində italyan bəstəkarı S.Sciarrinonun “Şüşə arxasında səslər”, Ayaz Qəmbərlinin “Hisslər üzərində özünütəlim metodu”, Luciano Berionun “O king”, Alban Bergin “Wozzeck” operasından Mariyanın laylayı oldu. Əsəri ansambl üçün işləyən Azərbaycanın Xalq artisti Fərəc Qarayevdir. İkinci hissədə isə Georges Aperghis “Yeddi sevginin cinayəti”, Xəyyam Mirzəzadə “Biz səni xatırlayırıq, Çarles!”, Andrey Volkonski ”Şazanın şikayətləri”, Louis Andriessen “Gümüş”, Aleksandr Vustin ”10 üçün musiqi” əsərləri müasir musiqini sevərlə üçün əsl hədiyyə idi. Konsert proqramı sənətin spesifik tərəflərinə ciddi rakursdan baxış imkanı yaratmaqla bərabər həm də tamaşaçılarda musiqinin mənəviyyatını nümayiş etdirmiş oldu.

 

Mikropauzalar, franqmentlər və ifalardakı özünəməxsusluq çoxrəngli səs nöqtələrinin cazibəsində fərqli dərinlikləri hiss etdirə bildi. “Solistlər ansamblı”nın bu təqdimatı yəqin ki, tamaşaçılara uzun müddət unudulmaz anlar xatırladacaq.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI