Radikal müxalifətin ikinci oktyabr iflası

21:21 19-10-2019 | icon 129 | Gündəm
Radikal müxalifətin ikinci oktyabr iflası

Nə simaları, nə də ki, aksiyalarının xarakteri qətiyyən dəyişməyib

 ƏLİ HƏSƏNOV

/Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor/

 

"Bu gün Azərbaycanda iqtidarının bütün prosesləri nəzarət altında saxladığı və hökumətin iradəsindən kənar hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyü bir daha öz təsdiqini tapdı".

 

Hörmətli oxucularım, yəqin ki, 2003-cü ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərindən sonra İlham Əliyevin möhtəşəm qələbəsi ilə barışmayan radikal müxalifətin şəhərin mərkəzi küçələrində törətdiyi dağıntıları, meydanları əsl döyüş səhnəsinə çevirmək cəhdlərini yaxşı xatırlayır. O zaman qanun keşikçilərinin həyata keçirdiyi ciddi tədbirlər və öz səsini qorumağa qalxan vətəndaşların dəstəyi ilə bütün anti-demokratik hərəkətlərin qarşısı alındı, təşkilatçılar qanun qarşısında cavab verdi və radikal ovqatlı müxalif düşərgə ciddi iflasa uğradı. O hadisədən 16 il keçsə də, nə bəhs etdiyimiz həmin radikal müxalifətin siması, nə də ki, onların təşkil etdiyi aksiyaların xarakteri qətiyyən dəyişməyib.

 

Bəllidir ki, Bakı Şəhər İcra Hakimiyyəti "milli şura" adlanan bu antidövlət qurumunun və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq verdi və müvafiq olaraq yer ayırdı. Təəssüf ki, təşkilatçılar icazəli mitinqdən imtina edərək, qarşıdurma yolu tutdular və şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstərdilər. Onlarınbelə destruktiv hərəkətlərinin nəticəsi olaraq, bu gün bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin sabit və ritmik həyatı, nəqliyyatın hərəkəti, insanların rahatlığı pozuldu. Bircə onu qeyd etmək yerinə düşər ki, Bakı Nəqliyyat Agentliyi 14 marşrutun istiqamətini dəyişdirməyə məcbur oldu ki, bu da təxminən 200 min vətəndaşın rahatlığının pozulması deməkdir. Bakı Metropoliteninin "28 May" stansiyasının fəaliyyətinin dayandırılması nəticəsində yüz minlərlə insan vaxtında nəzərdə tutulan məntəqələrə çata bilmədi və diskomfort yaşamağa məcbur oldu. Avtomobil nəqliyyatının hərəkətində yaranmış problemlər, həmin ərazidə yaşayan insanların istirahətinin tam pozulması və radikal qrupların digər qeyri-qanuni əməlləri nəticəsində yaranmış başqa problemlər vətəndaşlarımıza həm fiziki, həm də mənəvi cəhətdən ciddi problemlər yaşatdı. Bəs bunun hesabını kim ödəməlidir? Bu qanunsuzluğa, özbaşınalığıa görə kim məsuliyyət daşımalıdır?

 

Xatırlatmaq istərdim ki, aksiyadan bir neçə gün qabaq təşkilatçılar və potensial iştirakçılar müvafiq qurumlara dəvət olunaraq xəbərdar edilmişlər. Lakin həmin insanlar polis şöbələrindən çıxan kimi, sevincək halda sosial şəbəkələrdə statuslar paylaşır, barələrində heç bir ölçü götürülmədiyini qeyd edir və oktyabrın 19-da təyin etdikləri qeyri-qanuni aksiyaya qoşulacaqlarını bildirirdilər. Təəssüf ki, onlar başa düşmədilər və təşkilatçılar da belələrinə başa salmadılar ki, müvafiq xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi artıq birbaşa cinayət məsuliyyəti doğuran haldır və buna görə cavab vermək lazım gələcək.

 

Beləliklə, oktyabrın 19-da "milli şura" və AXCP-nin hakimiyyətə "diş qıcayaraq", "əzələ nümayiş etdirmək istəyi", ən əsası, israrla tez-tez təkrarlanan "xalq bizimlədir" tezisini rəhbər tutaraq Bakı şəhərində inqilabi ssenari reallaşdırmaq cəhdi, yuxarıda qeyd etdiyim fəsadlardan əlavə, həm də onunla nəticələndi ki:

 

1. Əli Kərimlinin o zaman əsas rəhbərlərdən biri olduğu Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin səriştəsizliyi və anti-milli siyasi ambisiyaları ucbatından 1992-1993-cü illərdə Azərbaycanın uçurumun kənarına necə gətirildiyini və yalnız ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində fəlakətdən necə xilas edildiyini yaxşı xatırlayan xalqımız 2003 və 2019-cu ilin oktyabr aylarında bu dağıdıcı ünsürlərin yenidən ölkədə sabitliyi pozaraq, aranı qarışdırmaq və öz antimilli ambisiyalarını reallaşdırmaq istiqamətindəki cəhdlərini birmənalı şəkildə baykot etdi və ona layiq olduğu yerini göstərdi.

 

2. Xalqımızın dağıdıcı müxalifətin ölkəni yenidən qarışdırmaq cəhdlərinə qarşı nümayiş etdirdiyi münasibət bir daha təsdiq etdi ki, bu xalq 2003-cü ilin oktyabrında olduğu kimi, 2019-cu ilin oktyabrında da Prezident İlham Əliyevi Azərbaycan dövlətçiliyinin əsas qarantı, milli maraqlarımızı yüksək səviyyədə ifadə edən və xalqın iradəsini hər şeydən üstün tutan lider kimi ciddi dəstəkləyir, ona alternativ görmür, dövlət başçısına etimad və güvəni hədsizdir, öz rəhbərinin arxasında sona qədər dayanmağa hazırdır.

 

3. Vətəndaşlarımızın dağıdıcı müxalifətin bugünkü aksiya cəhdinə münasibəti nümayiş etdirdi ki, bu xalq Prezident İlham Əliyevin başdan-başa yenilədiyi və qüdrətli dövlətə çevirdiyi Azərbaycanın yenidən 1990-cı illərin təhlükəli riskləri və eksperimentləri ilə üz-üzə qoyulmasna heç zaman imkan verməyəcək.

 

4. Bugünkü aksiyanın digər maraqlı tərəfi ondan ibarət oldu ki, uzun müddətdir sosial şəbəkələrdə reklam aparılması, əhalinin israrla küçə və meydanlara dəvət olunması, mitinqdə yüz minlərin qoşulacağı barədə boğazdan yuxarı iddialara baxmayaraq, radikal qruplar müxtəlif nöqtələrdən 10-15 nəfərlik lokal qrupları səfərbər edərək Milli Bankın qabağına cəmi 100-150 nəfər çıxara bildi. Qeyri-qanuni aksiya cəhdi sosial şəbəkələrdə "xalq iqtidardan bezib", "bu xalqın mitinqidir", "xalq haqqını tələb etmək üçün meydanlarda olacaq" hayqıran Əli Kərimli və tərəfdarlarının, əslində, heç bir ictimai dəstəyə malik olmadıqlarını və dediklərinin yalnız ucuz piar xarakteri daşıdığını əyani şəkildə təsdiqlədi.

 

5. Müxalifətin qeyri-qanuni 19 oktyabr aksiyasının qarşısının qətiyyətlə alınması həm də Azərbaycan iqtidarının nə qədər güclü, monolit olduğunu, xalq tərəfindən birmənalı şəkildə necə dəstəkləndiyini, dövlət orqanlarının funksionallığının yüksək səviyyəsini, xüsusən hüquq mühafizə orqanlarının, polisin peşəkarlığını, hakimiyyətin bütün hadisələri, prosesləri nəzarət altında saxladığını və idarə etdiyini, onun iradəsindən kənar, xalqın maraqlarına uyğun olmayan hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyünü nümayiş etdirdi.

 

6. Bu aksiyanın nəticəsi bir daha göstərdi ki, "milli şura" adlanan quruma və AXCP adlı partiyaya rəhbərlik edən şəxslər və onların ətrafındakı bir ovuc radikallar 25 ildən artıq bir dövrdə xarici anti-Azərbaycan dairələrin təhriki ilə anti-milli fəaliyyət sürdürmüş, Azərbaycanın siyasi tarixində yalnız qeyri-etik qalmaqlallarla, daxili didişmələrlə, qopma və parçalanmalarla yadda qalmış və qeyri-konstruktiv müxalifət imici qazanaraq özü-özünü fəlakətin bir addımlığına gətirmişdir. Bu da onu göstərir ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyatını pozmağa çalışan belə müxalifətçilərlə gələcəyə doğru birgə addımlaya bilməz. Deməli, hakimiyyət uğrunda sivil mübarizə apara bilməyən belə radikal, dağıdıcı müxalifətlə nə iqtidar-müxalifət dialoqu aparmaq mümkündür, nə də onların bundan sonrakı dövrdə ölkənin siyasi səhnəsində qalması Azərbaycanın gələcək siyasi palitrası üçün yaxşı heç nə vəd etmir.

 

P.S. Diqqətə çatdırmaq istərdim ki, mənim aksiya ilə bağlı paylaşdığım bu yazıda gəldiyim qənaətlər heç də iş yerimdə oturaraq hasil etdiyim nəticə deyil, bilavasitə 3 saatını sərf edərək hadisə yerində prosesləri yaxından izləyən insanların verdiyi məlumatlar əsasında formalaşmış mülahizələrdir.

Xəbər lenti

"Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar..."

"Təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar"

Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Virtual Reallıq dərsləri başlayır

"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

ALDP SƏDRİ: Ceyhun müəllim, baxın və ölçü götürün - VİDEO

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Yeni kukla teatrı açılıb

Ermənilər atəşkəsi 21 dəfə pozdu

Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Parlament binası qarşısında aksiya başlayıb

“İki çay arasında cənnət” adlı kitab çap olunub

Müsavatın "mühacir oyunu" ifşa edildi

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

Sifilis necə yaranır?

"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində olub

Əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr"