Körpə nar ağacı

 

16:49 20-10-2019 | icon 1225 | Ədəbiyyat
Körpə nar ağacı
 

Jurnalist Rövşən Vəziroğlu

(Hekayə)

 

 

İyun ayının ortalarıdır. Göyçayın ucqar kəndlərindən biridir. Bu kənd özünün nar ağacları ilə məşhurdur. Kəndin bağlarında yetişdirilən Çəhrayı gülöyşə, Vələs, və İri gilə növləri dünyanın bir çox ölkələrində çox baha qiymətə satılır. 

Bağlarda meyvələr artıq yetişməyə başlayıb. Əsasən də nar ağaclarının üstündə olan meyvələr günü-gündən qızarır və əsl meyvə şəklini alırlar.

İyul ayına məxsus isti hava səhər saatlarından axşam saat 7-8-ə qədər insanları günlərlə evlərində məhkum vəziyyətdə yaşamağa məcbur edib. Yalnız saat 7-dən sonra insanlar başlarını evdən çölə çıxara bilirlər.

Belə isti günlərdən biridir. Axşam saat 6-dan sonradır. Rəşad kişi həyətdə üzüm tənəyinin altında qoyulmuş masanın arxasında oturaraq qəzet oxuyur. Masanın üstündə isə çay stəkanı və qənd qabı qoyulub. Dirəkdən asılmış radio aparatında isə hansısa qadın müğənni caz musiqisi səsləndirir.

Bu vaxt 7 yaşlı Rahim qaçaraq ona yaxınlaşır və həyəcanla, “Ata, ay ata” – deyə səslənir. Atası onun səsni eşidib qəzeti masanın üstünə qoyur. Rahim bir addım da ona yaxınlaşır və təngənəfəs şəkildə dillənir:

- Ata, bilirsənmi, nə olub?

- Nə olub ay bala? Nəyi bilməliyəm? – soruşur və maraqla onun üzünə baxır.

- Keçən yaz həyətin aşağısında əkdiyimiz nar ağacı vardı haa, yadına gəlirmi?

- Hə, yadıma gəlir. De görək, ağaca nə olub?

Oğlu asta səslə:

- Kimsə ağacın bütün budaqlarını qıraraq yerə töküb - deyə oğlu cavab verir.

- Nə dedin? – deyə atası yerindən dik qalxdı. Bir anda ağacın olduğu yerə qaçmağa başladı.

Ora çatanda, budaqların həqiqətən də qırılaraq yerə töküldüyünü görür və gördüyü mənzərədən dəhşətə gələrək dizləri üztə yerə çökür. Bu vaxt böyük oğlu Arif də təngənəfəs özünü çatdırır və yanında yerə çökür. Atası başını qaldırıb diqqətlə üzünə baxdı. Handan-hana özünə gəlib soruşdu:

– Arif, de görüm, bu ağacı kim qırıb?

Əlini onun çiyninə qoyaraq dilləndi:

- Yox, ata, bilmirəm. Sən əvvəlcə özünü topla, dur ayağa. İndi mən kəndin meydanına gedib, ağacı kimin qırdığını öyrənəcəm.

Atası razılıqla başını tərpətdi və əlini dizinə qoyaraq ayağa qalxdı. Oğlu da ayağa qalxır. Birlikdə ağaca yaxınlaşırlar.

Rəşad kişi acı təəssüf içində əlləri ilə ağacın qırılmış yerlərinə sığal çəkir. Hər sığal çəkdikcə, gözlərindən iri yaş damlaları axırdı.

O, bir il əvvəl Türkiyədən 5 ədəd nar tingi gətizdirir və onları öz həyətində əkir. Tinglərdən dördü şəraitə uyunlaşmayaraq qısa müddət ərzində tamamilə quruyur. Ancaq tinglərdən biri dərinə kök atmağı və həyatda qalmağı bacarır. Rəşad kişi salamat qalan yeganə ağaca bir il ərzində xüsusi diqqətlə qulluq göstərmişdi. Hətta Bakıdakı tanışları vasitəsi ilə xarici ölkələrdən dövlət sertifikatı ilə ölkəmizə gətirilən mineral gübrələrdən istifadə etmişdi. Ancaq bu gün bütün əziyyətləri bir anda yerlə yeksan edilmiş və ağacın bütün budaqları qəsdən kəsilərək yerə atılmışdır.

Arif atasının üzgün vəziyyətinə çox davam gətirə bilmir və iti addımlarla atasından uzaqlaşır. Darvazadan çölə çıxaraq kəndin ortasına tərəf gedir. Atası isə üzgün halda ayaqlarını sürüyərək evə tərəf gedir.

Bu zaman həyat yoldaşı Validə xanım eyvanda oturaraq ətrafı seyr edir. Birdən həyat yoldaşının əzgin və yorğun halda bağdan çıxdığını görür. Əvvəlcə təəccüblənir, amma bir qədər sonra onun rənginin tamamilə solduğunu, belinin büküldüyünü və ağlamsınaraq gəldiyini görərək narahat olur. Stuldan qalxaraq tez pilləkənlərdən aşağı düşür və sürətlə ərinə tərəf gedir. Qolundan tutaraq pilləkənin yanına aparır, stulların birində otuzdurur və ttez su qrafinindən stəkana su süzür və ona verir. Rəşad əlləri əsə-əsə zorla sudan bir-iki qurtum içir.

Bir qədər keçir. Bir az özünə gəlir. Yoldaşı isə yanında dizi üstə çökərək diqqətlə üzünə baxır. O, handan-hana dillənir:

- Validə, bu köpək uşağı mənim evimi yıxdılar.

- Hansı köpək uşağı? – deyə yoldaşı soruşur: - De görək, nə baş verib? Sən niyə bu vəziyyətə düşmüsən? Kimsə sənə qarşı pis hərəkətlərə yol verib?

- Keçən il bağın aşağısında əkdiyim balaca nar tingi yadına gəlirmi?

- Hə, yadımdadır? Ağaca nə isə olub?

- Kimsə qəsdən ağacın bütün budaqlarını qıraraq yerə töküb. Bir il ərzində çəkdiyim bütün əziyyətim yerə düşdü.

- Sən nə danışırsan? – deyə Validə eşitdiyi sözdən dəhşətə gələrək ayağa qalxdı: - Ağacı hansı əli qurumuş edə bilər?

Rəşad kişi heç nə deməyib başını aşağı saldı, Validə isə əsəbi halda həyətdə var-gəl etməyə başladı. Bu vaxt darvaza qapısı açıldı və Arif həyətə daxil oldu. Anası onu görüb dayandı və diqqətlə oa baxdı. Atası da onun gəldiyini görüb ayağa qalxdı və tez ona yaxınlaşdı. Arif isə sakit və aramla söz başladı:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq