Əslən Azərbaycandan olan Kərkükün canlı tarixi, aydını Marağalı Çoban Hoca

21:40 20-10-2019 | icon 1024 | Cəmiyyət
Əslən Azərbaycandan olan Kərkükün canlı tarixi, aydını Marağalı Çoban Hoca

Kərkük Universitetində pulsuz çalışan fədakar professor doktor

 

Bir millətin, bir xalqın yaşaması, ayaqda qalması, varlıgını var etmək üçün ən başda gələni dildir. İraq türklərinin öz varlıglarını, dillərini nələr bahasında qorudugu məlumdur. Kərkük universitetinin professor doktoru, dilçi, yazar və araşdırmaçı Çoban Hıdır Uluhanın türkmən dilinin inkşafında misilsiz xidmətləri var.

 

Çoban hoca ilə Kərkük universitetində tanış oluram. Asil, türkmən bəyəfəndisi olan ziyalını Məlahət abla təqdim edir. Çoban hoca Azərbaycandan gəldiyimi öyrənincə üzündə, gözündə sevinc görürəm. “Azərbaycan bizim də vətənimizdir” deyir və məni Məlahət abla, Yılmaz qardaşım və Fatimə ilə birlikdə evlərinə dəvət edir. Universitetdə oldugum müddətdə həm müəllimlərin, həm tələbələrin Çoban Hocaya neçə hörmət etdiklərinin şahidi oluram. Universitetin türk dili bölümündə hər kəs ondan saygı ilə danışır və bildirirlər ki, türk dili bölümünün yaradılmasında Çoban hocanın müstəsna xidmətləri, əməyi var.

 

Axşam Çoban hoca bizi evində yüksək qonaqpərvərliklə qarşılayır. Əslində bura evdən çox zəngin bir kitabxananı xatırladır. Türkmənlərin canlı ensiklopedya adlandırdıgları Çoban hoca 1948 – ci ildə hazırda İŞİD – in (DAEŞ) altını üstünə çevirdikləri, xarabaya döndərdikləri Kərkükün 27 km - də yerləşən Bəşir kəndinin Maraga məhəlləsndə dünyaya gəlib. Deyir ki, bir çiftçi ailəsinin cocuguyam. Babamın adı Hıdır, dədəmin adı Haydar, anamın adı Hanife idi:

 

“Bəşirdə Maragalı aşirəti adı ilə tanınırıq. Aşirətimiz Səfəvilər dönəmində Azərbaycanın Təbriz şəhərindən Maragadan Kərkükə gəlmişdilər. Kəndlərinin adını da məskən saldıgları kəndə verirlər. Maragada Ahmet xan və ya Samet  xan aşirəti ilə tanınırdıq. Mən həmin xanların nəvəsiyəm. 1963-cü ildə anamı, 1967 –ci ildə babamı itirdim. Həyat yoldaşım 2017 – ci ildə haqqa yürüdü. Timur, Zeynep, Oguz, Ali, Mehmet adlı beş cocugum var”.

 

İbtidai təhsilini Bəşirdə alan Çoban hoca 1967- ci ildə Kərkük Musalla lisesindən məzun olur. 1971 – ci ildə ali təhsil almaq üçün Türkiyəyə gedir. Ankara Universitetinin dil və tarix, cografiya fakültəsinin türkoloji bölümünün türk dili bölümünə daxil olur. 1975 – ci ildə universiteti bitirən Çoban hoca doktoranturaya daxil olur və professor Sadettin Buluçun rəhbərliyi ilə “İraq Türkmən agızları” adlı doktor işini hazırlayır. Gecə - gündüz oxuyur, araşdırmalar aparır və nəhayət 1979 –u ildə İstanbul universitetinin nüfuzlu elm və ədəbiyyat xadimlərinin, professor doktorların təmsil olundugu komissiyada doktorluq işini ugurla müdafiə edir, dil və ədəbiyyat doktoru dərəcəsini alır.

 

Elə həmin il də İraqa qayıdır, onun ən böyük istəyi türkmən dilini qorumaq, inkişaf etdirmək idi. Bagdad universitetinin Ədəbiyyat fakültəsində Şərq dilləri, Türk dili və ədəbiyyatı bölümündə müəllim olaraq fəaliyyətə başlayır. Müəllimlik çalışmaları ilə yanaşı 1983 – cü ildə “Eski türkcə, Türkcənin dünya dilləri arasındakı yeri və türkcə ilə ərəbcədə 7 – 40 müqəddəs saylarının qarşılaşdırılması” araşdırması ilə yeni bir ugura imza atır.

 

1992 –ci ildə “Mahir Divanından seçmələr, bilinməyən bir Yusif və Züleyxa əlyazması və Mehmet Nevrüzinin Yusif və Züleyxa adlı məsnəvisində eski Anadolu türkcəsi və Kərkük agzinin izləri”adlı araşdırması ilə doktorluq dissertasiyasını müdafiə edir.

 

1987 – 1993 – cü illərdə fakültənin bölüm başqan yardımçısı olan Çoban hoca 1994 – 2002 –ci illər arasında bölüm başqanı kimi fəaliyyət göstərir. Amma partiya mənsubiyyəti olmadıgını bəhanə edərək onu başqanlıgdan uzaqlaşdırırlar. Bagdad universitetində Çoban hocanın nüfuzu çox böyük idi və yeri görünürdü. Bütün illər ərzində öz işini böyük məsuliyyətlə, vicdanla yerinə yetirən Çoban hocanın ən böyük fədakarlıgı türkmən dilinin qorunub saxlanması, yeni araşdırmaları yolunda göstərdiyi fədakarlıq idi. Onun yerinə layiq biri olmadıgı üçün təkrar bölüm başqanlıgına, yəni dekan olmaga dəvət edirlər. Amma 2005-ci ildə türkmən oldugu üçün yenidən dekanlıgdan uzaqlaşdırılır. Qüsursuz işlədiyi illərdə Çoban hoca müxtəlif mükafatlara layiq görülüb. 1996-cı ildə Dillər fakültəsinin “Ən yaxşı müəllimi”, 2011-ci ildə Bagdad universitetinin “Ən yaxşı müəllimi” seçilib. Amma türkmən oldugu üçün həmişə ayrı – seçkiliyə, təzyiqlərə məruz qalıb, yenə də xalqı, milləti üçün bütün çətinliklərə dözüb.

 

2007-ci ildə Kərkük universitetində çalışmaga başlayan hoca 2009-cu ildə yenidən Bagdad universitetinə dəvət alır.

 

Çoban hocanın Kərkük Universitetinə ikincə dəfə qayıtmasının isə səbəbi var. Universitetin Türk dili və ədəbiyyatı bölümündə cəmi üç müəllim vardı. Onlardan biri – Hüseyn hoca əməkli olunca bölümü baglamaq istəyirlər. Türk dili bölümü baglanmasın deyə 2013-cü ildə Çoban hoca yenidən Kərkük universitetinə qayıdır.

 

Əlbəttə belə bir fədakarlıgı çox az insan edə bilər. 2013-cü ildə Çoban hocanın əməkli olmaq yaşı çatır və universitetdən ayrılmaq məcburiyyətində idi. Amma bir yolu vardı, universitetin professorları ilə birlikdə tibbi arayış alır, bununla da beş il işləmək haqqının oldugu təsdiq edilir. Bütün işləmləri tamamlansa da, Türk dili bölümündə müəllim çatışmamasına rəgmən siyasi nədənlə Çoban hocanın çalışmasına icazə vermirlər. Bütün bu qadagalara rəgmən 71 yaşlı Çoban hoca Kərkük universitetində pulsuz dərs verməkdə davam edir.

 

Bununla belə rektorluga şikayət edərək onun dərs verməsini ənglləmək istəyirlər. Şərt qoyurlar ki, Türk dili bölümü yansa belə, səsini çıxarmayacağsan. Cavabında deyir ki, bölümü zatən yandırmısınız.

 

Fədakar Çoban hoca həm Bagdad universiteinin Türk dili və Ədəbiyyat bölümünün, həm də Kərkük Universitetinin Türk dili və Ədəbiyyat bölümünün qurucularından biridir. Bu gün Bagdad Universitetinin, Kərkük Universitetinin, Mosul Universitetinin, Kufə Universitetinin dillər fakültəsinin türkcə bölümünün müəllimlərinin hamısı Çoban hocanın tələbələridir.

 

Çoban hocanın yazıları, araşdırmaları Bagdad da yayımlanan Kardeşlik dərgisi, Yurt qəzeti, Birlik səsi, Türkmən yazarı dərgisi, Türkməneli qəzeti, Türkməneli dərgisi, Türkiyədə çıxan qəzet və jurnallarda davamlı olaraq yayımlanır. Börteçine, Ahmet Hanoglu, Türkmənoglu, Maragalı və Bəşirli adları ilə çoxsaylı yazı, şeir və araşdırmaların müəllifidir. Çoban hoca onlarca türkməncə dərsliklərin müəllifidir. Türk dili bilgisi, Oxuma və yazma kitabı, Oxuma kitabı, Ədəbi mətinlər, İmla Kılavuzu, Danışma kitabı və s. onun adı ilə baglıdır. Çoban hocanın Türkiyədə nəşr olunan araşdırmaları – “Kərkükdə evlənmə adətləri “, “Kərkük evlərinin özəllikləri”, “Kərkükdə geyim kuşam”, “Kərkükdə bayram və sünnət”, “Kərkük ninniləri”, “Kərkük agzında bilməcələr”i İraq türkləri, Kərkük üçün çox dəyərlidir və tarixi önəm daşıyır.

 

Çoban hoca gerçəkən Kərkükün, türkmənlərin gerçək tarixidir. Onunla günlərlə danışamaq, söhbət etmək türkmənlərin minillik tarixinə diqqət çəkmək, öyrənməkdir. Çoban hoca bu gün də heç yorulmadan, usanmadan çalışır. Deyir ki, tək istəyim gələcək nəsillərin öz zəngin, qürur duyulacaq tarixlərini bilmələri, öyrənmələri, türkmən dilini qorumalarıdır.

 

Azərbaycana, öz torpagına gəlmək isə ən böyük istəklərindən biridir. Mənə çox sayda türkməncə dərgilər verir, bu hədiyyələr çox dəyərlidir. Fatimə, Yilmaz qardaşımla birlikdə Çoban hocaya bizə vaxt ayırdıgına, qiymətli fikirlərinə və qonaqpərvərliyinə görə təşəkkür edirik. Yenidən görüşmək üzrə deyirik, yaxşı ki, türkmənlərin sizin kimi ziyalısı, aydını, canlı tarixi var.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin