Emin Ağalarovun Azərbaycana həsr olunmuş möhtəşəm layihəsi təqdim olundu - FOTO/VİDEO

22:01 20-10-2019 | icon 1355 | Şou-biznes
Emin Ağalarovun Azərbaycana həsr olunmuş möhtəşəm layihəsi təqdim olundu - FOTO/VİDEO

Xalq artisti Emin Ağalarov Azərbaycana həsr olunmuş möhtəşən musiqi layihəsini təqdim edib.

 

Versus.Az xəbər verir ki, Emin sözügedən layihənin klipini şəxsi “İstagram” hesabında paylaşaraq, bu sözləri yazıb:

 

“Azərbaycan! Mən səni sevirəm! Harada olursunuzsa olun, hər zaman doğma yurdumuz, divarlarımız, yaxın insanlarımız, uşaqlıq, doğma torpaqlarımız haqqında düşünürük və xatırlayırıq. Azərbaycan, hamımızı birləşdirdiyinə görə sənə təşəkkür edirəm”.

 

Beləcə Xalq artisti bütün həmvətənlərini Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Bu il Azərbaycanın dövlət müstəqilliyinin 101 ili tamam oldu. Bu səbəbdən də layihə “Azərbaycan 101” adlanır. 

 

Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılan, bənzərsiz və geniş miqyaslı musiqi layihəsində Emin Ağalarovdan savayı, Azərbaycanın ən parlaq ulduzları Xalq artisti Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Elçin Əzizov, Əməkdar artistlər Manana Caparidze, Abbas Bağırov, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Miri Yusif, Samir Bağırov, gənc ifaçılar Səmra Rəhimli, Azad Şabanov, Rast qrupu, Xəyyam Nissanov, Elnur Hüseynov, Aysel Mamedova, Ceyhun Zeynallı (CİN), İlqar Xəyal, Sabir, Yusif Eyvazov, Samir Cəfərov, Bahh Tee, Elman, Jony, Ellai iştirak ediblər.

 

Xalq artisti Emin Ağalarov sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, musiqisi isə Ruslan Ağababayev tərəfindən yazılmış mahnı müəlliflərinə xüsusi təşəkkürünü bildirib.

 

Əsər rejissor Emin Muradov tərəfindən ekranlaşdırılıb. Qeyd edək ki, klipin əksər hissəsi Müslim Maqomayev adına Dövlət Akademik Filarmoniyasının geniş və işıqlı səhnəsində lentə alınıb. Sözügedən klip Eminin şəxsi “Youtube” kanalında yayımlanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI