Övladınızın depressiyada olduğunu necə bilməli? – 5 ƏLAMƏT

00:10 21-10-2019 | icon 539 | Sağlamlıq
Övladınızın depressiyada olduğunu necə bilməli? – 5 ƏLAMƏT

Elə hesab etməyin ki, depressiya yalnız böyüklərə məxsus problemdir. Uşaq nədir, depressiya nədir düşünənlər böyük səhv edirlər.

 

Dünyada 15-28 yaşlı gənclərin birinci intihar, ölüm səbəbi uzun müddətli depressiyadır. Hətta 5-8 yaşlı uşaqların da depressiv epizodları olur. 


Versus.Az Medicina.az-a istinadən azyaşlı uşaqlarda depressiyanın ilkin və əsas əlamətlərini təqdim edir. Valideynlər, diqqət yetirməli məqamlar.


1.Ölüm, intiharla maraqlanır

 

Uşaq insan necə ölür, öləndən sonra nə olur, hansı ölümün asan, çətin olması barədə soruşur, bu mövzuda film, şəkillərə baxır. 

 

Bəzən mübahisə zamanı özünü öldürəcəyəni açıq deyir. Valideyn bəzən bunu manipulyasiya, şantaj kimi qəbul edir və uşağı daha da danlayır. Əgər uşaq "kaş məni dünyaya gətirməzdin”, "kimə lazımam” tipli sözlər deyirsə, bu açıq-aşkar kömək hayqırtısıdır.

 

2.Heç kimlə açıq ünsiyyətə girmir

 

Az qala eyni vaxtda bütün dostları ilə əlaqəni kəsir. Uşaqdan ancaq nəsə soruşanda cavab verir, başqa vaxt bir kəlmə də kəsmir. Özü barədə heç nə danışmır. Heç bir şey ona maraqlı deyil. Əvvəl marağında olduğu heç nəyə can atmır, gəzintiyə getmir. Bəzənsə əksinə uşaq evdən uzaqlaşır, ağlayır, isterika yaradır, həyəcanlanır. Əgər bu hallar fərqi yoxdur, hansı, 2-3 həftədir davam edirsə, deməli, uşaq depressiyadadır

 

3.Somatik simptomlar yaranır

 

Stress, depressiya səhhət və orqanlarda özünü göstərir: uşağın həzmi yaxşı getmir, ürəyi bulanır, qarnı səbəbsiz sancır, ürəyi, sinəsi sıxılır, başı ağrısır, yorğun, əzgin görünür, yuxusuz qalır, iştahı kəsilir, arıqlayır. Bu hallar zamanı uşaq nəinki pediatrda yoxlanmalıdır, həmçinin uşaq psixiatrına göstərilməlidir.

 

4.Məktəbdən şikayətlər gəlir, qiymətləri düşüb

 

Depressiya özü kifayət qədər enerji alan haldır, ona görə dərslərə güc yetmir. Diqqət yayınır, dərslərə güclə gedir, müəllimləri saymır, şikayətdən qorxmur. Vecsizləşir. Əslində pedaqoqlar elə sinifdəcə depressiyada olan uşağı asanlıqla təyin edə bilirlər, amma təəssüf ki, indi müəllimlər belə məsələlərə biganədir və çıxış yolunu valideynə şikayət etməkdə görürlər.


5.Depressiyanı vaxtında müalicə etmədikdə, nə baş verər?

 

  • İlk növbədə intihar.  Yeniyetmə ölümlərinin birinci səbəbi depressiya və ondan yaranan psixi pozulmalardır.
  • Əgər bu hal öz-özünə keçib getsə də, uşaq birtəhər özünə gəlsə də, sonrakı illərdə depressiv epizodlar artacaq və getdikcə dərinləşəcək

 

  • Gələcəkdə şəxsi münasibətlərdə problemlər yaşayacaq. Valideynlərinə qarşı etibarı itəcək. 
  • Pis qruplara, vərdişlərə meyillənəcək

 

Siz uşağı depressiyadan müalicə etməsəz, onun yanında başqaları olacaq. Amma onlar ya cinayətkar, xuliqan qrupu, ya da narkomanlar olur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı