"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

12:14 21-10-2019 | icon 263 | Siyasət
"Əli Kərimlinin düşdüyü vəziyyətə acıyırıq"

Razi Nurullayev: "Başa düşmək olmur ki, hara tələsir, sanki bir neçə ayın içində inqilab edərək hakimiyyətə gəlmək istəyir"

 

"Milli Şura"nın keçirdiyi 19 oktyabr aksiyasında baş verənlər cəmiyyətdə müzakirə mövzusu olaraq qalmaqdadır.

 

Versus.Az xəbər verir ki, AXCP sədri Razi Nurullayev də məlum aksiyaya münasibət bildirib. Partiya sədri 19 oktyabrda Milli Şuranın keçirdiyi icazəsiz mitinqi doğru saymadığını vurğulayıb:

 

"Məhz icazəsiz mitinq zamanı baş verən xoşagəlməz hadisələr də elə bu səbəbdən oldu. Bu gün ölkə tarixində olmayan çətin dövrlərdən keçir. Həm daxildən, həm də xaricdən ölkəyə təsəvvür edilməz dərəcədə basqılar var. Bu basqılara rəğmən, ölkə Prezidenti islahatları dərinləşdirmək və xalqın vəziyyətini yüngülləşdirmək üçün addımlar atmaqda israrlı görünür. 15 oktyabrda Prezident keçirdiyi müşavirədə çox ciddi problemlərdən və onların həlli yollarından danışıb. Prezident hakimiyyətdə olduğu illərdə ilk dəfə olaraq belə açıq çıxış edir və konkret olaraq xalqdan dəstək istəyirdi".

 

R.Nurullayev hesab edir ki, belə bir həssas zamanda təbii ki, israrla hakimiyyətdən şəhər daxilində aksiyaların keçirilməsi üçün yerin təmin edilməsini tələb etmək lazım idi:

 

"Biz bunu deyirdik. Amma hakimiyyətə güc göstəmək yolu seçməyin aqibəti əvvəlcədən məlum idi. Gözləmək lazım idi. Neçə illərdir ki, əksər siyasi partiyalar və biz konkret dəyişikliklər, xalqın güzəranının yaxşılaşdırılması, islahatların dərinləşdirilməsi və siyasi partiyaların normal fəaliyyəti üçün qanunun tələb etdiyi formada imkanların yaradılmasını tələb edirdik. Bu gün bunun yerinə yetirilməsi üçün addımların atıldığını görürük. Prezidentin sərancamları ilə əhalinin bank borcları demək olar ki, tam olaraq bağışlanır. Minimum əməkhaqqı, sosial yardımlar, pensiyalar müəyyən qədər artırıldı. 2020-ci ildən məcburu tibbi sığorta bütün Azərbaycan boyu tətbiq ediləcək. "Uşaq pulları"nın verilməsi ilə bağlı müəyyən araşdırmalar aparılır və bərpa edilməsinə ciddi inam yaranıb".

 

Hazırda iqtidar partiyasının da ağır dönəmdən keçdiyini vurğulayan partiya sədrinin sözlərinə görə, iqtidarın müsbət addımlar atmaqda israrlı olduğu aydın görünür:

 

"İnsanlar, təşkilatlar ağır dönəmdən keçəndə, daha həssas olurlar. Belə bir vəziyyətdə Əli Kərimlinin təkidi ilə Milli Şuranın icazəsiz mitinq çağırması və onu şəhərin mərkəzində keçirməsi yanlış addım idi və nəticəsi də hələ uzun müddət müzakirə mövzusu olacaq".

 

R.Nurullayev qeyd edir ki, iqtidar, o cümlədən, cəmiyyətin müəyyən bir kəsimi icazəsiz aksiyaların keçirilməsini hakimiyyətin zor yolu ilə devrilməsinə cəhd kimi qiymətləndirdiklərindən adekvat addımlar atırlar. Bu adekvat addımlar da asayişin bərpa edilməsi adı altında bəzən gücün tətbiqi ilə müşayiət olunur:

 

"Küçəyə dəvət olunan insanlar incidilir, xəsarət alır, həbs edilir və gərəksiz yerə təqiblərə mərzu qalırlar. Başa düşmək olmur ki, Əli Kərimli hara tələsir. Sanki bir ayın içində, yaxid maksimum bir neçə ayın içində inqilab edərək hakimiyyətə gəlmək istəyir. Bu qədər tələskənlik, bu qədər təşviş, bu qədər qeyri-adekvatlıq ümumi müxalifətin mübarizəsini kölgə altına alır və bir çox insanları da qorxudaraq mübarizədən çəkindirir.

Biz partiya olaraq, zorun, aqressiyanın, həbslərin, qeyri-adekvatlığın qəti şəkildə əleyhinəyik. Heç bir vətəndaşın burnunun da qanasmasını arzulamırıq və digərləri ilə yanaşı xəsarət alan Əli Kərimlinin də düşdüyü vəziyyətə acıyırıq. Biz hakimiyyəti daha adekvat davranmağa və güc tətbiqindən kənar dayanmağa səsləyirik. Kimliyindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, insanlara zor təbiq edilməsinə normal yanaşa bilmərik. Biz hakimiyyətdən həbs edilən etirazçıların da dərhal azad edilməsini istəyirik!

Kaş ki, bütün bunlar olmasaydı. Bu gün icazəsiz aksiyalara ehtiyac da yox idi. Aksiyaların keçirilməsinə nəinki normal yanaşıram və inanıram ki, hər bir cəmiyyətdə bunlar baş verir və verəcək də. Azərbaycan da dünyanın bir parçası kimi etiraz aksiyalarının keçirilməsinə daha dözümlü yanaşmalıdır. Birqütblü cəmiyyətlərin olması mümkün deyil!"

 

Hər bir partiya, siyasi xadimin hakimiyyətə gəlmək üçün çalışdığını vurğulayan R.Nurullayev sədri olduğu partiyanın hakimiyyətə gəlməyin yolunu seçkilərdə gördüyünü qeyd etdi:

 

"Əgər azad və ədalətli seçkilərin keçirilməsinə inam yoxdursa, əvvəllərdə olduğu kimi, Seçki Məcəlləsinin dəyişdirilməsi, MSK-nın yenidən formalaşdırılması, real olaraq iqtidar və müxalifət dialoqunun aparılması üçün səylər göstərərmək vacibdir. Azərbaycanda dəyişiklik baş verəcəksə, bu, mütləq şəkildə seçkilər zamanı olacaq. Seçkidənkənar bütün cəhdlər - istər dinc, istər zor yolu ilə nəticə verə bilməz. Rəngli inqilablar dövrü keçib. Suriyada dinc inqilablar qanlı savaşa çevrildi, amma Bəşər Əsəd hakimiyyətdən getdimi?
Əksinə, indi ona qarşı olanların ona ciddi rəğbəti yaranmağa başlayıb.

Milli Şura bilməlidir ki, indiki məqamda tələksənlik təndirə düşməkdir. Bu da baş verdi! Allah xalqımızı düşünülməmiş hərəkətlərdən, zordan və ədələtsizlikdən qorusun!”

 

SEVDA
Versus.Az

Xəbər lenti

"Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar..."

"Təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar"

Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Virtual Reallıq dərsləri başlayır

"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

ALDP SƏDRİ: Ceyhun müəllim, baxın və ölçü götürün - VİDEO

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Yeni kukla teatrı açılıb

Ermənilər atəşkəsi 21 dəfə pozdu

Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

Müsavatın "mühacir oyunu" ifşa edildi

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Sifilis necə yaranır?

"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində olub

Əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr"