Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür

12:55 21-10-2019 | icon 299 | Siyasət
Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür

Bütün dünyada olduğu kimi, Avropada da ekoloji tarazlığın qorunması istiqamətində müvafiq tədbirlər görülür.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

 

Onun sözlərinə görə, təbiəti qorumaq vacibdir:

"Planetimizin gələcəyini qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki hər birimiz təbiətin bir hissəsiyik. Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq və insanlar sağlam ömür sürərlər. Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə keçirilən aksiyada da 200 ağac əkildi. Bu, təbiətin qorunması, ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür".

 

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsi üçün müxtəlif cinsli iqlimə və mühitə uyğun meşə və meyvə tingləri seçilib.

 

Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi