713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

16:43 21-10-2019 | icon 165 | Mədəniyyət
713 saylı batalyonun qaziləri də şair İlham Qəhrəmanla görüşüb

Bazar günü Laçın Rayon Mədəniyyət İdarəsinin Qala kəndində yerləşən Malıbəy Kənd Mədəniyyət Evində şair İlham Qəhrəmanın 60 illik yubileyi ilə bağlı Laçının bir neçə kənd mədəniyyət evinin birgə hazırladığı “Laçınlı ziyalılarla görüş” adlı tədbir keçirilib. Laçınlı ziyalılar, yerli mədəniyyət işçiləri və Qarabağ müharibəsi veteranları tədbirə toplaşanlar arasında olublar.

 

Dövlət Himninin dinlənilməsi və Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsindən sonra Malıbəy Kənd Mədəniyyət Evinin rəhbəri Elyana xanım Məmmədova tədbiri açıq elan edib. O, əvvəlcə toplaşanlara İlham Qəhrəmanın yaradıcılığından, təzə nəşr olunan “Şairin vətəni segidir” kitabından söz açıb. Şeirlərinin əllaməçilikdən uzaq, sadə dildə yazıldığını, fikrini oxucuya çatdırmaq üçün uğurlu obrazlı deyimlərdən yerli-yerində istifadə etdiyini deyib. Elyana xanım daha sonra çıxışında İlham Qəhrəmanı aydın vətəndaş mövqeyi ilə seçilən bir şair kimi xarakterizə edib, onun qələminin vətənin ağrı-acılarına şeirin diliylə işıq tutduğunu xüsusi vurğulayıb.

 

Daha sonra çıxış edən Pircahan Kənd Mədəniyyət Evinin rəhbəri Rübabə İbadova İlham Qəhrəmanın 60 yaşa əliboş gəlmədiyini, şəxsi yaradıcılığıyla bərabər bir folklorşünas kimi Laçın folklorunu, Sarı Aşığın və Aşıq Alının irslərini toplayıb tərtib etmək kimi xeyirxah işlərindən tədbir iştirakçılarına məlumat verib. Rübabə xanım fikrinə davam edərək deyib: şair hansı mövzuda yazmasından asılı olmayaraq oxucular onun şeirlərindəki axıcılığın və şirinliyin şahidi olur. Ona görə də şairin yaradıcılığında özlərinə doğmalıq hiss etdiklərini qeyd edib.

 

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev toplaşanlara öz çıxışında keçdikləri döyüş yolundan və gəncləri vətənpərvər ruhda yetişdirməyin vacibliyindən danışıb. Ali Baş Komandanın Vətənin ərazi bütövlüyü uğrunda döyüş əmri verəcəyi zaman veteranların yenə də gənc əsgərlərimizlə bir sırada olacağını və düşmənə gücümüzü göstərə biləcəyimiz belə bir günü səbirsizliklə gözlədiklərini deyib.

 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Rasim Hüseynov öz çıxışında İlham Qəhrəmanı gənclik illərindən tanıdığını, onun yaradıcılığını maraqla izlədiyini və şair dostuna xoş arzularını bildirib.

 

Daha sonra Aşıq Pəri Məclisinin gənc üzvü aşıq Nabat öz məlahətli səsində şairin şeirlərini oxuyub. Malıbəy Kənd Mədəniyyət Evinin “Ritm” rəqs qrupunun körpələrdən ibarət üzvlərinin çıxışları, Aşıq Pəri Məclisinin daha bir üzvü qiraətçi Dürdanə Sadıqovanın ifasında şairin şeirlərinin səsləndirilməsi maraqla qarşılanıb.

Tədbirdə gənc aşıqlar Fariz Kəlbəcərli və aşıq Məmməd Laçınlının çıxışları da yer alıb.

 

Tədbir boyu həm mədəniyyət xadimləri, həm də 713 saylı batalyonun veteranlarının çıxışları olub.

 

Tədbirin sonunda söz alan İlham Qəhrəman əvvəlcə belə bir tədbir üçün Laçının mədəniyyət xadimlərinə və toplaşanlara öz təşəkürrünü bildirib və şeirlərini oxuyub.

Yekunda xatirə şəkilləri çəkilib. /kulis.az/

 

Versus.Az

Xəbər lenti

"Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar..."

"Təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar"

Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Virtual Reallıq dərsləri başlayır

"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

ALDP SƏDRİ: Ceyhun müəllim, baxın və ölçü götürün - VİDEO

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Yeni kukla teatrı açılıb

Ermənilər atəşkəsi 21 dəfə pozdu

Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Parlament binası qarşısında aksiya başlayıb

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

“İki çay arasında cənnət” adlı kitab çap olunub

Müsavatın "mühacir oyunu" ifşa edildi

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Sifilis necə yaranır?

"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində olub

Əgər Cəmil Həsənli bu anonsu veribsə, demək ki, Əli Kərimlidən gəlib əmr"