ADU-nun rektoru Elte Universitetinin nümayəndəsi ilə görüşüb

18:27 21-10-2019 | icon 413 | Təhsil
ADU-nun rektoru Elte Universitetinin nümayəndəsi ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.

 

ADU-dan Versus.Az-a verilən məlumata görə, rektor Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. Təhsil ocağının rəhbəri Macarıstan-Azərbaycan arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Rektor, həmçinin Macarıstanın ölkədəki səfirliyi və ADU arasında olan əlaqələrin təhsil sahəsində səmərəli nəticələr verdiyini qeyd edib. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə macar dilinin vacibliyindən söz açıb.

 

Qonaq Benedek Peri səmimi qəbula görə minnətdarlığını bildirib. O, təmsil etdiyi qurum haqqında məlumat verib. B.Peri, öz növbəsində Azərbaycan-Macarıstan arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirib.

 

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, “Türkologiya” jurnalının dərc olunması və məqalələri haqqında müzakirələr aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür