İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

11:23 22-10-2019 | icon 860 | İqtisadiyyat
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

İsveçrənin işgüzar dairələrinin nümayəndələri ölkəmizə səfər edib və səfər çərçivəsində onların Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşü baş tutub.

 

Azərbaycanın İsveçrədəki Səfirliyindən  verilən məlumata görə, görüşdə nümayəndə heyətinin Azərbaycana səfərinin nəticələri qiymətləndirilərək, İsveçrə Konfederasiyası ilə ikitərəfli və çoxtərəfli kontekstdə münasibətlərin gələcək perspektivləri müzakirə olunub.

 

İsveçrə nümayəndə heyəti SOCAR-ın İsveçrədəki fəaliyyətini, eyni zamanda Paşa Bank ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycan ilə maliyyə və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən rabitə, informasiya texnologiyaları, turizm, nəqliyyat və s. istiqamətlərdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.

 

Maliyyə və Bank sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri Azərbaycanda sığorta sahəsində işgüzar əlaqələrin qurulması imkanları ilə maraqlanıb, xüsusilə qonaqlara Azərbaycan iqtisadiyyatının inkişafı üzrə strateji yol xəritəsində bu sahədəki qarşıya qoyulan məqsədlər və gələcək imkanlar barədə məlumat verilib.

 

İsveçrə iş adamları xüsusilə vurğulayıb ki, Çin ilə “Bir Kəmər Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycandan keçən nəqliyyat və tranzit dəhlizlərindən məhsulların daşınmasında əməkdaşlıq müzakirələri aparılır.

 

Qonaqlara Azərbaycanın iqtisadi imkanları, aparılan islahatlar və qeyri-neft sektorundakı perspektivlər barədə geniş məlumat verilib, çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı