Marneulidə azərbaycanlılar üçün konsert

15:30 22-10-2019 | icon 530 | Mədəniyyət
Marneulidə azərbaycanlılar üçün konsert

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən oktyabrın 21-də Marneuli şəhərindəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə konsert təşkil olunub.

 

Versus.Az AZƏRTAC -a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunub.

 

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov konsertin təşkilinə göstərdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru, nazirlik və parlament nümayəndələri iştirak ediblər.

 

Azərbaycandan gəlmiş “Natiq ritm qrupu” və musiqiçilər maraqlı konsert proqramı nümayiş etdiriblər. Azərbaycanın xalq və bəstəkar mahnıları, milli musiqisi və saz havası yerli sakinlərdə xoş təəssürat yaradıb.

 

Tamaşaçılar “Sarı gəlin” xalq mahnısını, Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ayaq üstə alqışlayıblar.

 

Qeyd edək ki, konserti izləmək üçün paytaxt Tbilisi və Rustavi şəhərlərindən, eləcə də, qonşu Bolnisi, Qardabani, Dmanisi rayonlarından da xeyli sayda azərbaycanlı Marneuliyə gəlmişdi.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı