Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib

16:16 23-10-2019 | icon 509 | Gündəm
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

 

Versus.Az xəbər verir ki, fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

 

Fərmanla müəyyən olunub ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

 

Fərmanda bildirilib ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirəcəklər.

 

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib:

İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

İqtisadiyyat Nazirliyinin regional bölmələri.

 

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı