"Ümumiyyətlə, Nazirlər Kabineti ləğv olunsun"

17:44 23-10-2019 | icon 587 | Siyasət
"Ümumiyyətlə, Nazirlər Kabineti ləğv olunsun"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 19 oktyabr aksiyası və hakimiyyətin son təyinatlarıyla bağlı video-müraciət edib.

 

Versus.Az xəbər verir ki, Fuad Əliyev 19 oktyabr aksiyasında vətəndaşlara qarşı polis zorakılığını qəti şəkildə pisləyib və Tofiq Yaqublu, İbrahim İbrahimlinin azad edilməsini tələb edib.

 

Baş Nazirin müavinlərinin təyin olunmasına münasibətini bildirən partiya sədri qeyd edib ki, bəzi mətbu orqanlar bunu radikal islahat kimi təqdim edirlər:

 

"Bu nə islahatdır ki? Nə baş nazir, nədə ki onun müavinləri heç nə həll etmirlər. Baş nazir və onun müavinləri sadəcə təqaüd yaşına gədər “iş görmək” üçün təyin olunurlar.

Mənim isə təklifim ondan ibarətdir ki, ümumiyyətlə, Nazirlər Kabineti ləğv olunsun. Bu artıq strukturdur. Prezident siyasi və iqtisadi məsələlərə görə məsuliyyət daşıyır, nazirləri təyin edir. Ona görə prezident və nazirlər olmalıdır. Baş Nazir və onun müavinləri artıq bir vəzifələrdir. Bunların özlərinə, köməkçilərinə, cangüdənlərinə büdcədən pul verilməlidir?”

 

Daha sonra islahatlardan danışan Fuad Əliyev, islahatların gömrükdən və vergidən başlanmasını vurğulayıb:

“Korrupsiya, rüşvətxorluq və monopoliya aradan qaldırılmasa, dedikləri islahatlar sadəcə söz olaraq qalacaq".

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı