Yaponiyalı sahibkarlar Azərbaycan xalçalarına ciddi maraq göstərirlər

14:37 24-10-2019 | icon 356 | Mədəniyyət
Yaponiyalı sahibkarlar Azərbaycan xalçalarına ciddi maraq göstərirlər

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi məhsulları beynəlxalq xalça bazarına çıxarmaq üçün mühüm tədbirlər həyata keçirir.

 

Açıq Səhmdar Cəmiyyətindən Versus.Az xəbər verir ki, "Azərxalça"nın müxtəlif ölkələrdə keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak etməsi, Azərbaycan xalçalarının təbliğatı məqsədilə dünyanın nüfuzlu "Halı" və "Carpet XL" jurnalları ilə əməkdaşlığı öz bəhrələrini verir. Artıq Yaponiyanın bu sahə üzrə ixtisaslaşmış şirkətləri Azərbaycan xalçalarına maraq göstərirlər.

 

Oktyabrın 23-də Yaponiyanın “Chiyoda Jyutan” şirkətinin prezidenti Yoşiaki Morikava və “Sathi Group” şirkətinin icraçı direktoru Aziz Kan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində olublar.

 

Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədr müavini Orxan Rzayev qonaqlara məlumat verib ki, hazırda “Azərxalça”nın 21 filialı fəaliyyət göstərir. Bu filiallarda müxtəlif ölçülərdə, yüksək keyfiyyətli yun xalçalar toxunur. İndiyədək 14 min kvadratmetrə yaxın xalça istehsal edilib.


“Chiyoda Jyutan” şirkətinin prezidenti Yoşiaki Morikava rəhbərlik etdiyi şirkətin fəaliyyəti, Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu şirkət Yaponiyaya xalça idxal edir. Şirkətin mütəxəssislərinin apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Azərbaycanda istehsal edilən xalçalar keyfiyyətlidir və Yaponiya bazarında bu məhsullara tələbat var. Ona görə də “Azərxalça”nın istehsalı olan məhsulların Yaponiyaya idxalında maraqlıdırlar.

 

Yaponiyanın xalça satışı üçün böyük imkanlara malik olduğunu vurğalayan “Sathi Group” şirkətinin icraçı direktoru Aziz Kan deyib ki, şirkət dünyanın müxtəlif ölkələrindən Yaponiyaya xalça idxal edir. Burada toxunan xalçalarla tanış olarkən gördük ki, orijinal Azərbaycan xalçalarının tayı-bərabəri yoxdur. Bu xalçalar həm naxış elementlərinə, həm rəng koloritinə, həm də orijinallığına görə seçilir. İnanırıq ki, Azərbaycan xalçalarını Yaponiya bazarına çıxarsaq, onun çox alıcısı olacaq.

 

Sonra qonaqlar Səhmdar Cəmiyyətin müxtəlif filiallarında toxunan xalçalara baxıblar və ilkin olaraq 10 xalça alıblar.

 

"Azərxalça" ilə bu şirkətlər arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlinib, Azərbaycan xalçalarının Yaponiya bazarına çıxarılması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI