"Prezidentin bu çağırışı həm də cəmiyyətin gözləntilərinin gerçəkləşməsi anlamına gəlir"

15:12 24-10-2019 | icon 395 | Siyasət
"Prezidentin bu çağırışı həm də cəmiyyətin gözləntilərinin gerçəkləşməsi anlamına gəlir"

"Prezident İlham Əliyevin bugünlərdə Baş nazirin müavini vəzifəsindən gedən Hacıbala Abutalıbovla görüşdə dediyi sözlər və onun yaşlı məmurlara hörmət və ehtiram çərçivəsində mesaj ünvanlaması olduqca təqdirəlayiq haldır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

 

Partiya sədri bildirib ki, dövlət başçısının bu çağırışı həm də cəmiyyətin gözləntilərinin doğrulması, gerçəkləşməsi anlamına gəlir. Yaşlı məmurların təqaüdə göndərilməsi cəmiyyətdən gələn istəyin ifadəsidir:



"Prezident çıxışında deyib: “Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”. Biz də Prezidentin bu ümid hissini bölüşürük və lap yaxın zamanlarda qocaman məmurların öz postlarını tərk edərək cavan və novator düşüncəli kadrların önə çıxmasına yaşıl işıq yandıracaqlarını gözləyirik".

 

Ə.Hüseynov qeyd edib ki, ölkə başçısının köklü kadr dəyişiklikləri kursuna start verməsi Azərbaycanın sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq, bəzi məmurların neqativ əməlləri və səhlənkarlığı ucbatından yığılıb qalmış problemlər öz həllini tapacaq:

 

"Odur ki, biz də cəmiyyət olaraq son kadr dəyişikliklərinə dəstək verməliyik. Prezidentin kadr dəyişiklikləri siyasətinə dəstək verməyimizin tam zamanıdır".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı