Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir

15:54 24-10-2019 | icon 323 | Siyasət
Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) birgə təşkil “Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq: mənəvi-tarixi ənənələr və müasirlik” mövzusunda beynəlxalq elmi-pratiki konfrans keçirilmişdir.

 

Versus.Az xəbər verir ki, konfransın əsas məqsədi sürətlə qloballaşan dünyada Avrasiya məkanında tarixi kökləri olan ənənə və adətlərin, mədəni irsin qorunmasının yollarını müzakirə etmək, eləcə də bu sahədə indiyə qədər mövcud olan təcrübə mübadiləsinin əsasını qoymaqdır. Konfransın digər məqsədi isə sözügedən məkanda mövcud ənənələrin müasir dövlətçiliyə müsbət və mənfi təsiri ilə bağlı fikir mübadiləsi aparmaqdır.

 

Tədbiri açılışında çıxış edən RDHU-nun prorektoru İrakliy Bolkvadze Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru tanınmış politoloq Serqey Markov, Azərbaycan Respblikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, AMEA Fəlsəfə İnsan Haqları İnstitutunun müdiri İlham Məmmədzadə çıxış edərək, bu münasibətlərin həm mənəvi bağrların saxlanılmasında, həm də regional inteqrasiya proseslərin inkişafı baxımdan vacib olmasını xüsusi qeyd etmişlər.

 

Daha sonra RDHU prezidenti Yefim Pivovarın, Rusiya Dövlət Duması MDB ölkələri ilə İş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun konfrans iştrakçilarına təbrik müraciəti oxunmuşdur.

 

Konfransın plenar iclasında iştirak edən Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar Mərkəzinin əməkdaşı Fərizə Ramazanova, rusiyalı ekspertlər Qriqori Trofimçuk, Rezeda Qalixuzina, rusiyalı tarixçi professor Mixail Muxin həm təmsil etdikləri ölkələrdə, həm də Avrasiya məkanında qloballaşmanın yaratdığı neqativ tendensiyalara qarşı duruş gətirmək üçün milli və mənəvi dəyərlərin qorunmasının vacibliyindən bəhs etmişlər.

 

İştirakçılar Rusiya Azərbaycan münasibətlərinin bu gunku durumu, keçmişe münasibət və gələcək perspektivləri, gələcək əməkdaşlığın ortaq nöqtələri, həmçinin Qarabağ münaqişəsi ilə bağlı göstərilməli mövqe məsələrinə toxunmuşlar.

Konfrans oz isini davam etdirir. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”