İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yaydı

12:16 25-10-2019 | icon 380 | Hadisə
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yaydı

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yayıb.

 

Komitənin Mətbuat xidmətindən Versus.Az-a daxil olan bəyanatda bildirilir ki, son günlər bəzi şəxslər komitə adından istifadə edərək açıqlamalar verir, təşkilatın adına ləkə gətirir:

 

"Özlərini "Repressiya və İşgəncələr Əleyhinə Komitə" adlandıran qurum bizim komitənin adından sui-istifadə edir. Həmin ad altında birləşən şəxslər mətbuat konfransı keçirərək İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin adından həqiqətə uyğun olmayan bəyanatlar verirlər. Onlar bizim komitənin adından istifadə etməklə özlərini reklam edir, İşgəncələrə qarşı Komitənin imicinə zərər vurmaq istəyirlər. Bildiririk ki, həmin adamlar İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvləri deyil və bizim komitənin adından heç bir bəyanat yaya bilməzlər. Biz işgəncələrə qarşı mübarizə aparan təşkilatıq, mütəmadi olaraq işgəncə faktlarının araşdırılması ilə bağlı məşğuluq. Bildiririk ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi işgəncə faktları ilə bağlı heç bir bəyanat verməyib. Bir qrup şəxs özbaşına yığılaraq bizim təşkilatın adından tədbir keçirib və orada ağlasığmaz bəyanatlar verib, guya Azərbaycanda 30 nəfərdən artıq şəxsin işgəncədən dünyasını dəyişdiyini bəyan edib.

Həmin şəxslər bu cür iyrəncliklə özlərini reklam etmək, ictimaiyyəti çaşdırmaq istəyirlər. Onlardan soruşmaq lazımdır ki, hansı əsasla, hansı statistikaya əsaslanaraq belə bir fantastik rəqəm açıqlayıblar. Bu cür insanlar müəyyən qruplaşma halında toplaşaraq ermənipərəst qüvvələrin sifarişi ilə Azərbaycana qarşı qarayaxma kompaniyası aparır, Azərbaycan dövləti və dövlətçiliyinə qarşı çıxırlar".

 

Bəyanatda qeyd edilir ki, həmin şəxslər təşkil etdikləri qanunsuz yığıncaqda Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarını "erməni" adlandırmaqla polis əməkdaşlarının şərəf və ləyaqətini təhqir ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı