Küçədə qucaqlaşan cütlüyə görə dava düşdü

12:17 25-10-2019 | icon 419 | Hadisə
Küçədə qucaqlaşan cütlüyə görə dava düşdü

Bakıda küçədə mübahisə qətllə nəticələnib.

 

Versus.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 28 ünvanında, yolun kənarında baş verib.

 

1997-ci il təvəllüdlü Tağıyev Murad Elşən oğlu gecə saatlarında həmin ünvanda yolun kənarı ilə hərəkətdə olarkən orada Feyziyev Qəribağa Nadir oğlu ilə Çərkəzzadə Sərfinaz Elxan qızının sərxoş vəziyyətdə qucaqlaşaraq sevişdiklərini görüb.

 

M.Tağıyev həmin şəxslərə yaxınlaşaraq onlara iradını bildirərkən kənarda dayanan, sərxoş cütlüklə birlikdə yeyib-içmiş 1967-ci il təvəllüdlü Novruzov Hamlet Nurəddin oğlu sərxoş vəziyyətdə M.Tağıyevə yaxınlaşaraq onunla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə M.Tağıyev üzərində gəzdirdiyi bıçaqla H.Novruzovu qətlə yetirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı