BDU-nun dilçi alimləri XI Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda

18:31 25-10-2019 | icon 378 | Təhsil
BDU-nun dilçi alimləri XI Beynəlxalq Dünya Dili Türkcə Simpoziumunda

Türkiyənin Samsun şəhərində Samsun Valiliyi, On Doqquz May Universiteti, Türk Dil Qurumu və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “19 May 1919-cu il Milli Qurtuluş Savaşı”nın 100 illiyinə həsr olunmuş XI Beynəlxalq Dünya Dili Türkcə simpoziumu keçirilib.

 

Versus.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrini təmsil edən elm adamlarının qatıldığı simpoziumun 65 bölmə iclasında türkologiyanın aktual problemlərinə həsr olunmuş 300 məruzə dinlənilib.

 

Simpoziumda Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Məhərrəmova və “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov iştirak edib.

 

Bölmə iclaslarında Zemfira Şahbazovanın “Azərbaycan və Türkiyə türkcələrində xitabların linqvistik xüsusiyyətləri”, Qızılgül Abdullayevanın “Azərbaycan dilində tarixi aqlütinasiya və analitizm”, Aygün Məhərrəmovanın “Ortaq türk abidəsi “Koroğlu” dastanının dilində təkrarların üslubi xüsusiyyətləri”, Pərvin Eyvazovun “Prof. Bəkir Çobanzadənin dilçilik araşdırmalarında Azərbaycan dilinin mənşəyi, qədim izləri və təşəkkülü məsələləri” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzələr yekunlaşdıqdan sonra təşkilat komitəsi adından Azərbaycan nümayəndə heyətinə sertifikatlar təqdim olunub.

 

Professor Zemfira Şahbazova simpoziumda bölmə rəhbəri kimi fəaliyyət göstərib.

Simpozium başa çatdıqdan sonra qonaqların Samsun şəhəri ilə tanışlığı baş tutub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol