“Bizdə oğurlanmış Azərbaycan mahnıları çoxdur”

18:40 25-10-2019 | icon 583 | Film
“Bizdə oğurlanmış Azərbaycan mahnıları çoxdur”

Türkiyənin dövlət sənətçisindən qalmaqallı sözlər

 

Ötən gün Türkiyə ilə Azərbaycanın məşhurları bir araya gəlib.

 

Versus.Az xəbər verir ki, onlar Azərbaycan-Türkiyənin ortaq istehsalı olan 4 film haqqında mətbuat konfransı keçiriblər. Ölkəmizə təşrif buyuran Türkiyənin dövlət sənətçisi Onur Akay Azərbaycanı çox sevdiyini deyib:

 

“Azərbaycanı çox sevirəm. Ötən gün sizin populyar mahnılarınızı dinlədim. Alim Qasımovu çox sevdim. Onunla görüşüb, duet oxuya bilsəm, çox xoşbəxt olaram. Dediklərim qalmaqala səbəb olacaq. Amma etiraf etməliyəm ki, Türkiyədə oğurlanmış Azərbaycan mahnıları çoxdur”.

 

Aparıcı-aktrisa Aysel Nazim isə bu filmlə yanaşı başqa üç filmin də çəkiləcəyini nəzərdə tutulduğunu deyib:

"Komediya janrı ilə yanaşı dram və aksion janrında da film çəkiləcək. Filmin çəkilişləri Qarabağda da aparılacaq. Prezidentimiz İlham Əliyevin dediyi kimi “Qarabağ Azərbaycandır və nida”. Biz də bu sloqanla yola çıxıb, Qarabağda çəkilişlər edəcəyik. Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı türklər də rol alacaq. Filmin üç ssenari müəllifi var, biri türk, ikisi isə azərbaycanlıdır".

 

Rejissor Alik Abbasov isə film çəkilişlərinin noyabrda başlayacağını deyib. O, çəkilişlərin Azərbaycanda və Türkiyədə baş tutacağını vurğulayıb:

"Filmdə səkkiz azərbaycanlı, səkkiz türk aktyoru yer alacaq. Film iki ailənin münasibətindən bəhs edir. Əslində öncədən film haqqında çox məlumat vermək istəmirəm. Gizli qalsın. Filmin büdcəsinə gəlincə aktyorlara Türkiyədə olduğu qədər qonorar veriləcək".

 

Aktyor Rüfət Nəzər film haqqında bu sözləri deyib:

"Film və ssenari haqqında öncədən məlumat verə bilmərəm. Layihə səviyyəli olduğu üçün təklifi qəbul etdim".

 

Aparıcı-aktrisa Zümrüd Qasımova isə "Ən əsası ekran işində peşəkar aktyorların iştirakıdır. Əminəm ki, çox gözəl film olacaq. Bildiyiniz kimi filmlərə çox çəkilmirəm. Aysel xanım dəvət edəndə qəbul etdim. İnanıram ki, ortaya keyfiyyətli iş çıxacaq" deyə, qeyd edib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol