" Dəyirmi masa" layihəsinin növbəti tədbiri Gürcüstanda keçiriləcək

11:22 26-10-2019 | icon 320 | Mədəniyyət
" Dəyirmi masa" layihəsinin növbəti tədbiri Gürcüstanda keçiriləcək

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Gürcüstan Dövlət Folklor Mərkəzi dəstəyi ilə oktyabr ayının 29-da Gürcüstanda , Tbilisi şəhərində “Azərbaycan(muğamlar, xalq mahnıları və təsniflər) və gürcü(folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusunda “Dəyirmi masa” keçiriləcək.

 

Versus.Az xəbər verir ki, tədbirdə Tbilisi Dövlət Folklor Mərkəzinin , Tbilisi M.F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Gürcüstan Xalq Mahnı və Alətləri Muzeyinin, Tbilisi Dövlət Konservatoriyasının əməkdaşları Azərbaycan tərəfindən isə BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, musiqişünas, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Muğam Televiziya Müsabiqəsi 2019 –un icraçısı İlqar Fəhmi, tədqiqatçı-alim Gülhüseyn Kazımlı məruzələrlə çıxış edəcəklər.

 

Layihənin bədii hissəsində Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” muğam qrupu, Gürcüstanın “Nanina” Qadın Xalq Çalğı Alətləri ansamblı, Etnocaz qrupu konsert proqramını təqdim edəcək.
Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.

 

Qeyd edək ki, BMM fəaliyyətində konsert proqramları ilə yanaşı tədqiqat işlərinə də geniş yer ayırır. Belə ki, BMM-nin “Unudulmayanlar” və “Dəyirmi masa” layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr təşkil edilmişdir. Bu müddət ərzində BMM-də təşkil edilən elmi-tədqiqatlar sahəsindəki tədbirlər silsiləsində “Aşıq sənətinin bu günü və gələcək prespektivləri ( 2018), “Muğamlar və qəzəllər” (2018), “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” (2019), “Azərbaycan mədəniyyəti dünən, bugün və gələcəkdə”- (2019), eləcə də beynəlxalq konfranslar “Orta əsr musiqisi və musiqi alətləri” (2019. Tədbir Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb), “Avrasiya xalqlarının mədəni irs ənənələri” (Bakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində) müzakirələr keçirilmişdir.

 

Bakıda keçirilən müzakirələrdə dünyanın bir çox ölkələrindən musiqi sahəsində çalışan çoxsaylı alim və sənətşünaslar iştirak edərək təcrübə və biliklərini bölüşmüşlər. Bu tədqiqatlar əsasında muğam korifeylərinin həyat və yaradıcılığına həsr olunmuş kitablar çap edilərk ictimaiyyətə təqdim olunmuşdur. O, cümlədən xanəndə Bülbülcana həsr olunmuş kitab Azərbaycan və gürcü dillərində, görkəmli xanəndə Xan Şuşinski haqqında kitab isə oxuculara təqdim edilmək ərəfəsindədir.

 

Hazırda isə layihə ölkə hüdudlarında kənara çıxaraq xarici dövlətlərdə daha geniş aspektdə öz işini davam etdirəcək. “Dəyirmi masa” layihəsinin məqsədi Azərbaycan muğam sənətini və milli mədəni irsin təbliğinə xidmət edir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi