"Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır"

12:04 26-10-2019 | icon 272 | Siyasət
"Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır"

Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır, qlobal siyasət getdikcə daha anlaşılmaz olur.

 

Versus.Az xəbər verir ki, bunu Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə debat müzakirələrində deyib.

 

Sədr qeyd edib ki, terrorizm, iqlim dəyişikliyi, nüvə silahlarının yayılması kimi mühüm çağırışlar birgə fəaliyyət göstərilməsini zəruri edir:

“Lakin etimadın olmaması bu istiqamətdə fəaliyyət göstərməyə mane olur. Ona görə də biz ilk növbədə dövlətlər arasında etimadı möhkəmləndirməliyik”.

 

V.Andreyçenko vurğulayıb ki, Belarus bir sıra yeni ideyalarla və təkliflərlə çıxış edir. Onun sözlərinə görə, Belarus yeni dünya düzəni adlı konfransının keçirilməsini, Hərəkatın uzunmüddətli strateji sənədin hazırlanmasını təklif edir:

“Biz bundan sonra da dövlətlərin suvrenliyinin, müstəqilliyinin, dövlətlərin daxili işlərinə müdaxilə olunmamasının, münaqişələrin dinc yolla həllinin tərəfdarı olacağıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol