Tərtərdə Uşaq Günərzi Qayğı və Regional Peşə Təlimi Mərkəzlərinin fəaliyyəti nəzərdən keçirilib

12:21 26-10-2019 | icon 279 | Cəmiyyət
Tərtərdə Uşaq Günərzi Qayğı və Regional Peşə Təlimi Mərkəzlərinin fəaliyyəti nəzərdən keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər rayonundakı Uşaq Günərzi Qayğı Mərkəzinə, burada xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün yaradılmış şəraitə və göstərilən xidmətlərə baxış keçiriblər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Versus.Az-a bildirilib ki, S.Babayev mərkəzin əməkdaşları ilə söhbətində vurğulayıb ki, Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamının icrası olaraq, ölkəmizdə reabilitasiya yönümlü sosial xidmətlərin əhatə dairəsi dəfələrlə genişlənib. Bu xidmətləri göstərən mərkəzlərin sayı 3 dəfədən çox artıb və xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər sosial xidmət layihələri ilə əhatə olunublar. Onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi də daim diqqətdə saxlanılır. Əsas məqsəd ondan ibarətdir ki, bu sosial xidmət mərkəzləri, göstərilən xidmətlər həm o uşaqların ailələrinə yaxından dəstək olsun, eyni zamanda, həmin uşaqların həyatında müsbət dönüşü təmin edə bilsin.

 

“Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İB tərəfindən yaradılmış mərkəzdə uşaqların yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi və b. tərəfindən işlər aparılır. Uşaqların asudə vaxtının maraqlı keçməsi üçün ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir. Nazir göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə bağlı mərkəzin kollektivinə müvafiq tapşırıqlarını verib.

 

S.Babayev Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Regional Peşə Təlimi Mərkəzi ilə də tanış olub. Fondun sədri, Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Mərkəzin fəaliyyəti barədə məlumat verib. Peşə Təlimi Mərkəzində həssas qruplardan olan insanların cəlb edildiyi peşə kurslarında aparılan tədris prosesi nəzərdən keçirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol