Şəhid Mehman Bədəl oğlu Məsimov - VİDEO

12:26 26-10-2019 | icon 229 | Şəhidlər və şahidlər
Şəhid Mehman Bədəl oğlu Məsimov - VİDEO

Şəhid leytenant Mehman Bədəl oğlu Məsimov 15 iyun 1963-cü ildə Amasiya rayonunun Daşkörpü kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra o, 1980-cı ildə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft-Kimya institutunun avtomatika və telemexanika fakültəsinə qəbul olunub.

 

O, 1987-ci ildə Sovet Ordusuna çağırılıb. 1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda şəhidin ailəsi Azərbaycana köçüb. Əvvəlcə Sumqayıt şəhərində, sonradan isə Güzdək qəsəbəsində məskunlaşıb. Mehman, hərbi xidmətini başa vuranda artıq böyüdüyü kənd tamam boşalmışdı. Buna görə də o, valideynlərinin təzəcə məskən salmış Güzdək qəsəbəsinə gəlib.

 

1992-ci ildə Leytenant Məsimov Azərbaycan torpaqlarının işğalına biganə qala bilmir, ordu sıralarına yazılır və hərbi xidmətini 776 saylı hərbi hissədə başlayır. 1993-cü ildə Türkiyədə “Komando” kurslarında 6 ay iştirak edir, “Komando” adını təsdiq edən göy biretə yiyələnir.

 

Bakıya qayıdan Mehman, yenidən xidmət etdiyi hərbi hissəyə geri dönür. Hərbi hissənin rota komandiri vəzifəsində çalışan Mehman öz qəhrəmanlığı, qorxmazlığı və şücaətliyi ilə silahdaşları yanında hörmət qazanır. 1994-cü ilin yanvarında Ağdərə-Tərtər istiqamətində gedən ağır döyüşlər zamanı rotası ilə dəfələrlə düşmənin mövqelərinə nüfuz edərək və çox dəyərli kəşfiyyat məlumarları ilə geri qayıdır.

 

24 aprel 1994-cü ildə Ağdərə-Tərtər uğrunda gedən döyüşlərdə azğınlaşmış düşmən gülləsi gənc leytenant Mehman Məsimovun həyatına, eləcə də arzularına son qoyur. Mehman, şəhidlik zirvəsinə ucalır.

Versus.Az

Xəbər lenti

Gəncədə şəhidimizin dəfn mərasimi keçirilir - FOTO - VİDEO - YENİLƏNİR

Seymur .Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq

“Dövlət başçısı İlham Əliyevin müdaxiləsi, iradə və qətiyyəti olmasaydı…

 Qalib namizədlər  fəaliyyət planlarını açıqladı

REAL-ın mitinqinə partiya sədrindən sərt reaksiya

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanları
 

“Milyon da təklif etsələr, toyda aparıcılıq etmərəm”

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilir

Bakı milyonçusunun “Quran” oxuya bilməyən qızının taleyi necə dəyişdi? - FOTO

Mayk Tayson Uaylder – Fyuri görüşünün promoçarxını təqdim etdi - VİDEO

Azərbaycanı təmsil edən idmançı Avropanın ən yaxşısı seçildi - FOTO

Çində koronavirusa yoluxanların sayı 68,5 minə çatıb

Münhendə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-müzakirələr keçirilib- VİDEO

5 ölkə İrandan təcili kompensasiya ödəməyi tələb edib

Bakı Sumqayıt şossesində yol qəzası baş verib

Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıb

"Bəzi dairələr buraxılacaq"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Məşhur transseksual “Avroviziya-2020”-də onlayn aparıcı olacaq - FOTO

Təyyarənin göyərtəsində dava - VİDEO

Ekstremal idman həvəskarı olan qadın maşının təkərləri altında qaldı – VİDEO

Qar əyləncəsi zamanı qorxunc qəza - VİDEO

Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO

TALEH ŞAHSUVARLI yazır:

Bəzilərini bir üzəcəm, bir üzəcəm ki, ancaq cəcəkləri qalacaq

Bu soyadı kim daşıyacaq? - FOTO

Əməkdar artistin 61 yaşı tamam olur

Azərbaycan klubu bu səbəbdən cəzalanıb

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

Dostunun ad günündə tort yedi və... - FOTO

İmmunitetimizin mərkəzi kürəkdə yerləşir

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər