Ağasəlim Həsənovun yeni monoqrafiyası nəşr olunub

15:04 26-10-2019 | icon 97 | Ədəbiyyat
Ağasəlim Həsənovun yeni monoqrafiyası nəşr olunub

Fəlsəfə İnstitutunun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsində aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənovun "İnteqrasiya problemi fərd- cəmiyyət münasibətləri kontekstində" monoqrafiyası işıq üzü görüb.



Versus.Az xəbər verir ki, monoqrafiyada sosial fəlsəfədə aktuallıq kəsb edən inteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində nəzərdən keçirilir. Həmçinin, qloballaşma prosesinin fərd-cəmiyyət münasibətlərinə təsiri, sosiomədəni transformasiyanın aktual məsələləri araşdırılır. Eyni zamanda sosiallaşmaya təsir edən amillər, milli modernləşmənin özəllikləri, sosial kapitalın fərd-cəmiyyət münasibətlərinə təsiri, polietnik cəmiyyətlərdə aparılan multikulturalizm siyasətinin cəmiyyətdaxili inteqrasiyadakı rolu təhlil olunur.



Monoqrafiya tədqiqatçılar, ali məktəb tələbələri, mövzu ilə maraqlananlar üçün faydalı ola bilər.



Qeyd edək ki, Ağasəlim Şamil oğlu Həsənov 24 oktyabr 1976-cı ildə Laçın şəhərində doğulub. Orta təhsilini 1992-ci ilədək Laçın şəhəri 2 №-li orta məktəbdə alıb. Laçının işğalından sonra isə orta məktəbi 1993-cü ildə Bərdə rayonunda bitirib. 1994-1998-ci illərdə BDU-nun «Sosial elmlər və psixologiya» fakültəsində ali təhsil alıb. 1998-ci ildə BDU-da «İdarəetmənin Sosiologiyası» ixtisası üzrə magistraturya daxil olub və 2000-ci ildə oranı bitirib.


2006-2008-cı illərdə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında təhsil alıb. 2009-cu ildə «Azərbaycanda milli ideologiyanın formalaşmasında mənəvi dəyərlərin rolu» mövzusunda dissertasiya işini mudafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hal-hazırda Fəlsəfə İnstitutunun Sosial fəlsəfə və ekoloji problemlər şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 22 iyun 2019-cu il qərarı ilə A.Həsənova Dosent elmi adı verilmişdir. Elmi fəaliyyəti dövründə müəllifin 40-dan artıq elmi məqaləsi və 1 monoqrafiyası nəşr olunub. "Inteqrasiya problemi fərd-cəmiyyət münasibətləri kontekstində" adlı monoqrafiya müəllifin nəşr olunan sayca 2-ci kitabıdır.

 

Ağasəlim Həsənov ailəlidir, 3 övladı var.

Ağasəlim Həsənovun yeni monoqrafiyası nəşr olunub - FOTO

 

Ağasəlim Həsənovun yeni monoqrafiyası nəşr olunub - FOTO
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Qadının ən gizli orqanının sirri açıldı

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Onu ömürlük həbs cəzası gözləyə bilər

Paşinyan yenə sərsəmlədi və...