Ən gənc müxbir

00:49 28-10-2019 | icon 4915 | Uşaq Dünyası
Ən gənc müxbir

6-cı sinif şagirdinə İctimai müxbir vəsiqəsi təqdim olunub

 

Son zamanlar haqqında dayanmadan xoş xəbərlər eşidirik. Uğurları durmadan artmaqdadır. Sosial şəbəkədə aktiv, dərslərində əlaçı, tədbirlərdə öndədir. Xəbər saytları, qəzet və jurnallarda yazıları dərc edilir, kitabları hətta ziyalıların kitabxanasında yer alır. O, artıq izləyicilərinin sevimlisi, müəllimlərinin fəxridir.

 

Söhbət yaşı az olmasına baxmayaraq, böyük uğurlara imza atan SEVİNDİK NƏSİBOĞLU ƏLİYEVdən gedir.

Onunla söhbət əsnasında yaşından böyük bilik və dünyagörüşə sahib olduğu bəlli olur. Davranışı ona uşaq deməyə imkan vermir. Gözəl qələmi var, araşdırır dayanmadan, ziyalılarla davamlı görüşləri baş tutur, müxtəlif qəzet, jurnal və xəbər saytlarında məqalələri və şeirləri dərc edilir və ən nəhayət yenicə aldığımız növbəti xoş xəbəri də sizinlə bölüşürük.

Sevindik Nəsiboğlu bu gün bəlkə də dünyada ən gənc müxbir adına layiq görülüb. Bəli, ona "Kredo" redaksiya heyətinin üzvü və İctimai müxbir vəsiqəsi təqdim olunub. Hələ 6-cı sinifdə oxuyan bir məktəbliyə verilən bu vəsiqə ona göstərilən böyük etimaddan irəli gəlir əlbəttə.

 

ARAYIŞ:

Sevindik Nəsiboğlu 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olub. Əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindəndir.

4-5 yaşlarından yazıb-oxumağı, vikipediyadan elmi-ədəbi məlumatları öyrənib, elə həmin vaxtlardan da kiçik həcmli şeirlər və əsərlər yazmağa başlayıb. Yazdığı 300-ə qədər şeirin əsas mövzusunu vətən, torpaq həsrəti, işğal olunmuş ərazilərimiz, vətənimiz uğrunda canını fəda edən şəhidlərimiz, istiqlal, müstəqillik yolunda ömrünü şam kimi əritmiş liderlərimiz, şairlərimiz, yazıçılarımız və s. aid mövzular əhatə edir.

Dəfələrlə şeirləri və yazıları “Abşeron təhsili”, “Respublika xəbərləri”, “Aran”, “Kredo”, “Azərbaycan müəllimi”, “Mən birinciyəm” qəzetlərində və “Kəpənək” uşaq jurnalında dərc olunub.

XXI əsrə istedadlarla kitabında fəaliyyəti haqqında 3 səhifə həcmində məqalə yazılıb. Azərbaycan Milli Radiosunun, Azərbaycan Milli Televiziyasının, Lider Televiziya kanalının və Dünya Televiziya kanalının qonağı olub və şeirləri səsləndirilib. 20-dən çox şeirləri, məqalələri və haqqında xəbərləri Asiya İnfo saytında işıqlandırılıb. “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı iki şeir kitabının müəllifidir.

16 iyun 2019-cu ildə Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının təşəbbüsü ilə hər iki şeir kitablarına təqdimat mərasimi keçirilib.

2017-ci ildə Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc İstedad” fəxri diplomuna, 2019-ci ildə “Sizi Tanıyaq” layihəsinin “İlin Şagirdi” və elə həmin il “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc İstedad” diplomuna layiq görülüb. Çoxlu sayda ictimai, elmi-kütləvi tədbirlərə qatılıb.

 

Versus.Az olaraq, bütün bu uğurları münasibətlə Sevindik Nəsiboğlunu ürəkdən təbrik edirik.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol