Yaşıl çayın təhlükəli xəstəliklərlə mübarizədə faydaları açıqlandı

01:51 28-10-2019 | icon 471 | Maraqlı
Yaşıl çayın təhlükəli xəstəliklərlə mübarizədə faydaları açıqlandı

Çindən olan bir qrup tədqiqatçı yaşıl çayın hüceyrə terapiyası üçün istifadə edilə biləcəyini müəyyən edib. Belə ki, bu zaman xüsusi maddə bədənə daxil edilən kök hüceyrələri qrupunu aktivləşdirir.

 

Bu barədə “MedicalXress”də yayılan press-relizdə bildirilir.

 

Mütəxəssislər yaşıl çayın istifadəsi zamanı orqanizm tərəfindən istehsal olunan protokatex turşusunun (PCA) xüsusiyyətlərini öyrəniblər. Alimlər ilk növbədə PCA  olan zaman aktivliyini dəyişən insan böyrəklərinin embrion hüceyrələrini əldə ediblər. Bu hüceyrələr daha sonra siçanlara yeridilib. Gəmiricilərə yaşıl çay içirdildikdə isə hüceyrələr aktivləşib.

 

Digər təcrübələr zamanı tədqiqatçılar CRISPR genlərinin redaktə sisteminin işini yaxşılaşdırmaq üçün protokatex turşusunu istifadə edə biliblər. CRİSPR DNT-nin konkret hissəsinə nisbətən dəqiq dəyişikliklər edə bilir. Lakin bununla yanaşı, digər sahələrin nükleotid zəncirində zərərli dəyişikliklər baş verir.

 

Bundan əlavə, siçanlar və meymunlar üzərində aparılan tədqiqatlar göstərdi ki,  yaşıl çay diabetin müalicəsi üçün mədəaltı vəziyə  implantasiya edilən hüceyrələri aktivləşdirir.

 

Hüceyrələrin fəaliyyətinə uzaqdan nəzarət mexanizmi kimi yaşıl çaydan istifadə edilən zaman  iltihab reaksiyası və ya qanda leykositlərin miqdarının artması kimi hər hansı yan təsirlər müşahidə edilməmişdi.

 

Qeyd edək ki, hüceyrə terapiyası irsi xəstəliklər və xərçəng, eləcə də ağır ürək-damar, neyrodegenerativ və autoimmun xəstəliklərinə qarşı mübarizədə istifadə olunur. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI