Şahmat millilərimiz Xorvatiya və İtaliyaya qarşı

10:59 28-10-2019 | icon 380 | İdman
Şahmat millilərimiz Xorvatiya və İtaliyaya qarşı

Şəhriyar Məmmədyarov oynamayacaq

 

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat milli komandaları üzrə Avropa çempionatında bu gün V tura start veriləcək.

 

Versus.Az xəbər verir ki, altı xalla V sırada olan kişi millimiz bu gün turnirin reytinqinə görə XV komandası olan Xorvatiya ilə qarşılaşacaq.

 

Birinci lövhədə yarışan komandamızın lideri Şəhriyar Məmmədyarov ardıcıl dörd turdur ki, qələbə qazana bilmir və heç-heçələri sıralayır. Ona bu tur istirahət veriləcək. Belə ki, birinci lövhədə bu dəfə Arkadi Naydiç çıxış edəcək. Ehtiyat oyunçumuz Eltac Səfərli isə dördüncü lövhədə mübarizə aparacaq.

 

Altı xalla VII sırada olan qadın millimiz isə bu gün turnirə gücünə görə XI komanda kimi qatılmış İtaliya ilə görüşəcək.

 

Qeyd edək ki, kişi millimiz əvvəlki turlarda Serbiya, Fransa və Çexiyaya qalib gəlib və Ukraynaya uduzub. Qadın yığmamız isə Latviya, Avstriya, Rumıniya komandalarını məğlub edib, yalnız İspaniyaya yenilib. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI