Qubanın kəndlərində təbii tarazlıq pozulub

12:15 28-10-2019 | icon 337 | Sosial
Qubanın kəndlərində təbii tarazlıq pozulub

Sel ocaqları əmələ gəlməyə başlayıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən Böyük Qafqazın şimal-şərq yamacı relyefinin ekoloji-geomorfoloji şəraitini öyrənmək üçün Şahdağ-Qızılqaya massivində, Xınalıq-Cek-Qırız-Qalayxudat kəndləri ərazilərində, Şahnabadçay-Qusarçay-Qudyalçay hövzələrində, Ləzə kəndi və ətraf yerlərdə tədqiqatlar aparılıb.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi Rafael Abdullayev deyib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində ərazinin təbii tarazlığının ciddi şəkildə pozulduğu aydın olub:

"Həmin ərazilərə təbii amillərlə yanaşı, antropogen amillər də təsir edir. Demək olar ki, həmin ərazilərdə otlaq sahələri qalmayıb. Bu ərazilər həddən artıq yüklənib. Buna görə də orada vəziyyət acınacaqlıdır. Təzə yolların çəkilməsi, infrastrukturun inkişafı ilə əlaqədar görülən plansız işlər sürüşmə zonalarının meydana gəlməsinə səbəb olur. Bu ərazilərdə sürüşmə zonaları arta bilər. Artıq sel ocaqları əmələ gəlməyə başlayıb”. 

 

R.Abdullayev qeyd edib ki, Qubadan Ləzə kəndinə çəkilən yeni yol ətrafında yolun fundamenti üçün  karyerlər açılır. Bu karyerlər də sürüşmələrə səbəb olur:

 

"Araşdırmalar əsasında hesabat hazırlanacaq, sonra isə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq". /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”