Saakaşvilinin fotosu fonunda "Mən qayıdacağam" yazıldı
Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.
Versus.Az xəbər verir ki, saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə "Mən qayıdacağam" yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb.
S.Zurabişvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır:
"Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq".
Xəbər lenti
Rusiya Moskva yaxınlığındakı terrorda "Ukrayna izi" TAPDI
İstintaq terror aktının icraçılarının Ukraynadan...